SOCAR-ın İsveçrə və Türkiyədə gəliri kəskin azalıb
2023-cü ildə SOCAR-ın 85 milyard 201 milyon manat gəlirini hansı seqmentlər və ölkələrdə əldə etdiyi məlum olub.
Marja.az Şirkətin illik hesabatına istinadən xəbər verir ki, ötən il Şirkətin gəliri xam neftin satışı üzrə 48 milyard 923 milyon manat, neft məhsullarının satışı üzrə 18 milyard 990 milyon manat, təbii qazın satışı üzrə 9 milyard 581 milyon manat, neft-kimya məhsullarının satışı üzrə 4 milyard 649 milyon manat, kirayə gəliri 341 milyon manat, sair gəlirləri 2 milyard 717 milyon manat olub.
Ötən il SOCAR İsveçrədə 58 milyard 649 milyon manat (2022-də 77 milyard 647 milyon manat), Türkiyədə 8 milyard 795 milyon manat (2022-də 24 milyard 268 milyon manat), Azərbaycanda 8 milyard 233 milyon manat (2022-də 11 milyard 71 milyon manat), Birləşmiş Ərəb Əmirliklərində 5 milyard 676 milyon manat (1 milyard 897 milyon manat), Gürcüstanda 1 milyard 559 milyon manat (2022-də 1 milyard 625 milyon manat), digər ölkələrdə 2 milyard 289 milyon manat (2022-də 2 milyard 720 milyon manat) gəlir əldə edib.
Xəbər verdiyimiz kimi, SOCAR-ın əsas əməliyyat gəlirləri (neft, qaz və neft-kimya məhsullarnını satışından) 2022-ci ildə 119 milyard 228 milyon manat ikən, 2023-cü ildə 85 milyard 201 milyon manata düşüb (34 milyard 27 milyon manat və ya 28,5% azalıb).
SOCAR 2023-cü ili 2 milyard 73 milyon manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 9 milyard 424 milyon manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il Azərbaycanın iri şirkətinin xalis mənfəəti 7 milyard 351 milyon manat və ya 4,5 dəfə azalıb.
ŞİRKƏT KİÇİLİB
Ötən il SOCAR-ın cəmi aktivləri 8 milyard 869 milyon manat və ya 11% azalaraq 71 milyard 966 milyon manata düşüb. Şirkət 2022-ci ilin sonunda 80 milyard 835 milyon manat cəmi aktivlətə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















