Azercell-in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib
Lider mobil operator ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılması standartına uyğunluq sertifikatı əldə edib.(®) Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etməyi hədəfləyən “Azercell Telekom” MMC növbəti dəfə ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılması standartına uyğunluq üzrə resertifikasiya mərhələsindən müvəffəqiyyətlə keçib. Keyfiyyət auditi “TÜV AUSTRIA AZƏRBAYCAN” MMC tərəfindən aparılıb.
Standart müştəri şikayətlərinin qeydə alınması, vaxtlı-vaxtında cavablandırılması və həll olunması prosesini qiymətləndirir. Uyğunluq sertifikatı müştərilər tərəfindən irəli sürülən bütün təklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərə verilir. Həmçinin müştərilərlə iş üzrə cavabdeh olan əməkdaşların professional inkişafı üçün lazımi şəraitin yaradılması da diqqət mərkəzində saxlanılır.
Azercell ilk dəfə bu sertifikatı 2011-ci ildə əldə edib. Xatırladaq ki, məhz Azercell ölkədə birinci 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzini və onlayn müştəri xidmətlərini işə salıb. Abunəçilərinə rəqəmsal kanallar vasitəsilə də fasiləsiz xidmət göstərən lider mobil operator Facebook, Instagram, Twitter, LinkedIn və YouTube platformaları üzərindən də müştəri sorğularını cavablayır.
Eyni zamanda, ötən il şirkət müştəri xidmətləri sahəsində önəmli texnoloji yeniliyə də imza atıb. Azərbaycan dilində tam spektr xidməti göstərən süni zəka əsaslı ilk virtual assistenti – “Aicell”i istifadəyə verən Azercell abunəçi sorğularının daha operativ şəkildə emal edilməsinə nail olub.
Yuxarıda adı çəkilən tədbirlərin nəticəsi olaraq 2023-cü il ərzində Azercell-in Əlaqə Mərkəzinin Müştəri Məmnuniyyəti indeksi 94,9%-ə çatıb ( dünya standartlarına əsasən 85%-dən yuxarı olan nəticə artıq çox yüksək göstərici kimi hesab olunur).
Azercell-in Telefon Mərkəzi ilə 7/24 rejimində çalışan *1111 qısa nömrəsi, eləcə də 012-4904949 (Fakturasız Xətt abunəçilər üçün) və 012-4905252 (Fakturalı Xətt abunəçilər üçün) şəhər nömrələri vasitəsilə, həmçinin Kabinetim tətbiqi üzərindən onlayn əlaqə saxlamaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























