Rumıniyada Orta Dəhlizin imkanları müzakirə olunacaq
Bu gün Rumıniyanın Konstansa şəhərində “Black and Caspian Sea Ports & Logistics 2024” sərgi və konfransı işinə başlayacaq.
Tədbirin təşkilatçıları “Konstansa” limanı, “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM) və Konstansa Limanı Biznes Assosiasiyasıdır.
İylun 4-dək davam edəcək konfransda dünyanın hər yerindən 300-dən çox yüksək səviyyəli rəsmilər, alimlər və s. iştirak edəcək.
Dünya səviyyəli 30 spikerin iştirak edəcəyi tədbirin konfrans proqramı qlobal və regional ticarət, investisiya ilə bağlı aktual problemlərə və çağırışlara həsr olunacaq.
Forumda həmçinin, Orta Dəhlizdə gübrə ticarəti üçün yeni logistik həll yolu kimi Xəzər və Qara dəniz limanlarının və Orta Dəhlizin imkanları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gübrə terminalının inşası müzakirə olunacaq.
Bundan başqa, dayanıqlı inkişaf üçün Orta Dəhlizdən istifadə ilə bağlı müzakirələr də planlaşdırılır.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 26 d. əvvəl
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
2 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır





















