Dövlət Vergi Xidmətində bank sektorunun nümayəndələri ilə görüş keçirilib
Görüşün əsas məqsədi bank sektorunun inkişafının dəstəkləməsi məqsədilə verilmiş təşviqlərin təsir effektinin qiymətləndirilməsi, həmçinin müvafiq təşviqlərin təkmilləşdirilməsi zərurətinin müəyyən edilməsi olub.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın sahələri üzrə sahibkarların qarşılaşdıqları çətinliklərin çevik şəkildə öyrənilməsi, belə halların qanunvericilikdə dəyişikliklər edilməsi və inzibatçılığın təkmilləşdirilməsi yolu ilə aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi istiqamətində fəaliyyət davam etdirilir.
Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin təşkilatçılığı ilə onlayn formatda keçirilən növbəti belə görüş bank sektorunun nümayəndələrinin iştirakı ilə baş tutub.
Mərkəzi Bankın və Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin qatıldığı tədbirin əsas məqsədi Vergi Məcəlləsində bank sektorunun inkişafının dəstəkləməsi məqsədilə verilmiş təşviqlərin təsir effektinin qiymətləndirilməsi, həmçinin müvafiq təşviqlərin təkmilləşdirilməsi zərurətinin müəyyən edilməsi olub.
Görüşdə vergi qanunvericiliyi ilə bağlı qaldırılan məsələlərin diqqətdə saxlanılacağı qeyd olunub və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























