Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Rusiya: Hindistan neft ixracatında bizim əsas bazarımız oldu

Rusiya Baş nazirinin müavini Aleksandr Novak 2023-cü ildə Hindistana neft nəqlini əvvəlki ilə nisbətən iki dəfə artırdıqlarını qeyd edərək, "Hindistan əsas bazarımıza çevrilib. Bu gün Hindistan enerji sahəsində əsas tərəfdaşlarımız arasındadır" deyib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya: Hindistan neft ixracatında bizim əsas bazarımız oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya prezidenti Vladimir Putinlə Hindistanın baş naziri Narendra Modi arasında paytaxt Moskvada keçirilən görüşlərdən sonra dövlət kanalı “Rossiya-1”ə açıqlama verib.

Marja xəbər verir ki, Rusiyanın 2022-ci ildə Hindistana 45 milyon ton neft göndərdiyini qeyd edən Novak, "Keçən il neft nəqli həcmini iki dəfə artıraraq 90 milyon tona çatdırdıq. Bu da Hindistanın ümumi neft idxalının 40 faizinə bərabərdir" deyib.

Hindistanın Rusiya neft sənayesində əhəmiyyətli bir yerə sahib olduğuna diqqət çəkən Novak, "Hindistan neft ixracında əsas bazarımıza çevrilib. Bu gün Hindistan enerji sahəsində əsas tərəfdaşlarımız arasındadır. 2021-ci ildə cəmi 5 milyon ton neft göndərmişikdik. Bunun müqayisədə nəql 20 qat artıb", bildirib.

Novak açıqlamasında Rusiya neftinin alınması üçün Hindistanla uzunmüddətli müqavilə üzərində çalışdıqlarını bildirib.

Rusiya ilə Hindistan arasındakı ticarət həcmi, xüsusilə enerji qaynaqlarının payının artması ilə keçən il əvvəlki ilə nisbətən 60% artaraq 65 milyard dollara çatıb.

10.07.2024 10:11
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18