Azərkosmos “DynaSys Networks” ilə “Əşyaların interneti” sahəsində tərəfdaşlığa başlayıb
Azərkosmos “Əşyaların İnterneti” (IoT) ekosisteminə malik texnologiya şirkəti olan “DynaSys Networks” ilə strateji tərəfdaşlığa başlayıb.
Bu tərəfdaşlıq çərçivəsində Azərkosmos həm özünün, həm də müştərilərinin peyk rabitə infrastrukturunu “DynaSys”in hərtərəfli “IoT” platforması ilə inteqrasiya etmək imkanı əldə edir.
Öz növbəsində bu, Azərkosmosa Avropa, Afrika və Yaxın Şərq bölgələrindən olan tərəfdaşlarına “IoT” həlləri vasitəsilə əməliyyat səmərəliliyini artırmaq, resursların idarə edilməsini optimallaşdırmaq və yeni gəlir mənbələri yaratmaqda dəstək olacaq.
Əməkdaşlıq nəticəsində hər iki tərəf “ağıllı” şəhərlər, kənd təsərrüfatı, əmlakın izlənilməsi, gəmi donanmasının idarə olunması, ətraf mühitin davamlılığı və biznes proseslər üzrə tətbiq olunan xüsusi “IoT” həllərinin müəyyənləşdirilməsi və inkişafı istiqamətində birgə təşəbbüslər də irəli sürə biləcəklər.
Qeyd edək ki, Azərkosmos və “DynaSys” arasında əməkdaşlıq həm də Yerin müşahidəsi tətbiqlərini əhatə edir.
Azərkosmosun sədr müavini Fuad Aslanov vurğulayıb ki, Azərkosmos xidmət göstərdiyi regionlarda peyk rabitə infrastrukturu üzrə yenilikləri tətbiq etməkdə maraqlıdır. Onun sözlərinə görə, güclü rəqəmsallaşma məqsədi ilə birlikdə “IoT” həlləri üzrə liderlərdən olan “DynaSys” ilə əməkdaşlıq peyk bağlantısından daha geniş çeşiddə xidmətlər təqdim etməyə imkan verəcək.
“DynaSys Networks”un təsisçisi və baş icraçı direktoru Əli Axtar (Ali Akhtar) Azərkosmosla əməkdaşlıqdan məmnun olduğunu bildirib. “Biz Azərkosmosu dəstəkləməyə tam hazırıq, “IoT” ekosistemimiz vasitəsilə onların müştəri bazasının xeyrinə müxtəlif məlumat axınlarını səmərəli istifadə etməkdə birgə səy göstərəcəyik,” – deyə baş icraçı direktor əlavə edib.
Qeyd edək ki, “DynaSys Networks” Pakistan və Birləşmiş Ərəb Əmirliklərində məhsulun inkişafı və sistem inteqrasiyasında innovasiyaların təşviqinə yönəlmiş texnologiya startapıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
4 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
4 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
4 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
Ən çox oxunanlar
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır






.jpg)
.jpg)






.jpg)




