Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatlarının və POS-terminalların sayı artıb
17 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 6 ayında fəaliyyətinin nəticələri barədə hesabatı təqdim etmişdir.
Naxçıvanda istehlakçılara qaytarılan ƏDV məbləği 2,5 dəfə artıb
Abbas İsmayılov bildirib ki, 1 iyun 2024-cü il tarixədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. 2024-cü ilin 5 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə artaraq 560,5 min manat olub.
Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 2,3 dəfə artıb
1 iyul 2024-cü il tarixə muxtar respublika ərazisində onlayn yeni nəsil NKA-ların sayı 2.738 ədəd olub ki, bu da 1 yanvar 2023-cü illə müqayisədə 65,2 dəfə çoxdur. 2024-cü ilin yanvar – iyun ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 191,4 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 108,1 milyon manat və ya 2,3 dəfə çoxdur.
Naxçıvanda akitv POS-terminalların sayı 3,6 dəfə artıb
1 iyul 2024-cü il tarixə muxtar respublika ərazisində aktiv POS-terminalların sayı 1960 ədəd olub ki, bu da 1 yanvar 2023-cü illə müqayisədə 3,6 dəfə çoxdur. 2024-cü ilin yanvar – may ayları ərzində POS-terminallar vasitəsilə qeydə alınan dövriyyə 41,6 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,4 milyon manat və ya 37,7 faiz çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 22 saat sonra
-
- 21 d. əvvəl
-
49 d. əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 55 d. əvvəl
-
14 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
16 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Ən çox oxunanlar
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib





















