Bu il Azərbaycanda IVECO avtomobillərinin istehsalı başlayacaq
Bu il Sumqayıt Kimya Sənaye Parkında 2 müəssisənin (“Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərin, “Az-Tex-Import” MMC-nin “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsalı müəssisələri) fəaliyyətə başlaması nəzərdə tutulur.
Bununla əlaqədar iyulun 17-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərin istehsalı müəssisəsinə media nümayəndələrinin tanışlıq səfəri təşkil edilib.
“Kartaş Kimya” MMC-nin direktoru Necmeddin Taşbağ media mənsublarına zavodun tikintisi istiqamətində görülmüş işlər, qarşıda duran hədəflər barədə məlumat verib.
Bildirilib ki, artıq tikinti kimyəvilərinin istehsalı müəssisəsində tikinti işləri tamamlanmaq üzrədir. Yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılacaq. 250 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 20 milyon manatdır, layihə üzrə indiyədək görülən işlərə artıq 15 milyon manatdan çox sərmayə qoyulub.
Zavodda tikinti kimyəvilərinin istehsalı ilə yanaşı, ölkə ərazisində ilk dəfə olaraq müxtəlif təyinatlı su izolyasiya materiallarının və zəmin döşəmə məhsullarının istehsalı nəzərdə tutulur.
“Kartaş Kimya” MMC-yə 2022-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Müəssisənin bu ilin sonunda fəaliyyətə başlaması planlaşdırılır. Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.
Tədbir çərçivəsində KİV nümayəndələri Sumqayıt Kimya Sənaye Parkının ümumi fəaliyyəti barədə məlumatlandırılıb. Diqqətə çatdırılıb ki, Cənubi Qafqazın ən böyük sənaye Parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 6.2 milyard manat olan 40 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Parkda hazırda 24 müəssisə fəaliyyət göstərir, bu il daha 2 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Yeni fəaliyyətə başlayacaq müəssisələr tərəfindən Sənaye Parkına ümumilikdə 40 milyon manata yaxın investisiya qoyulmaqla 300-dən artıq əlavə iş yeri yaradılacaq.
Bundan başqa indiyədək Sənaye Parkına 5,5 milyard manatdan çox sərmayə yatırılıb, 6800-dək artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 554 milyon manat investisiyanın yatırılması, 2200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək parkın rezidentləri tərəfindən ümumilikdə 11,6 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 4.1 milyard manatdan çox hissəsi (təxminən 35.3 faizi) ixracın payına düşür.
Cari ilin birinci yarısında Sumqayıt Kimya Sənaye Parkında 1,3 milyard manatlıq məhsul istehsal edilib, bunun da 455 milyon manatlıq hissəsi ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 25 d. əvvəl
-
1 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
1 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Ən çox oxunanlar
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
Unicapital “Yeni Nəsil Maliyyə” forumunun sponsoru olub










.jpg)




.jpg)


