Azərbaycanda şəhər yollarına dair tələblər müəyyən olunub - Yeni dövlət standartları
Yeni dövlət standartlarının tətbiqi şəhər ərazisində nəqliyyat yollarına dair tələbləri, velosiped parklanma yerlərinin layihələndirilməsi qaydalarını, eyni zamanda ümumi nəqliyyata nəzərən magistral üzərində şəhərdaxili avtobus dayanacaq məntəqələrinin yerinin seçilməsini, dayanacağın növünü və istismar qaydalarını müəyyən edir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən TS 9826 “Şehiriçi yollar – Bisiklet yolları” türk standartının əsasında AZS 951:2024 (TS 9826:2013) – “Şəhərdaxili yollar – Velosiped yolları”, TS 9827 “Şehiriçi yollar – Yaya korkulukları, yol kenarı için (metal) yer seçimi ve tasarım kuralları” standartının əsasında AZS 952:2024 (TS 9826:1992) – “Şəhərdaxili yollar – Yolkənarı piyada məhəccərləri (metal) – Yer seçimi və layihələndirmə qaydaları”, TS 11782 “Şehiriçi yollar – Bisiklet park tesisleri tasarım kuralları” standartının əsasında AZS 953:2024 (TS 11782:2013) – “Şəhərdaxili yollar – Velosiped parklanma yerlərinin layihələndirilməsi qaydaları”, TS 11782 “Şehiriçi yollar – Otobüs durakları yer seçimi kuralları” türk standartının əsasında AZS 954:2024 (TS 11783:2024) – “Şəhərdaxili yollar – Avtobus dayanacaq məntəqələri nöqtələrinin seçilməsi qaydaları” və ГОСТ Р 52605-2006 “Технические средства организации дорожного движения. Искусственные неровности. Общие технические требования. Правила применения” Rusiya Federasiyası standartının əsasında AZS 955:2024 (ГОСТ Р 52605-2006) – “Yol hərəkətinin təşkilinin texniki vasitələri. Süni maneələr. Ümumi texniki tələblər. Tətbiq qaydaları” dövlət standartları qəbul edilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, bBeynəlxalq təcrübə və yerli tələblər nəzərə alınaraq hazırlanmış yeni dövlət standartlarının tətbiqi yol infrastrukturunun davamlı və effektiv idarə olunmasına, eləcə də şəhər daxilində təhlükəsiz və nizamlı hərəkət mühitinin formalaşmasına şərait yaradacaqdır.
Sözügedən dövlət standartları “Nəqliyyat və nəqliyyat infrastrukturu” (AZSTAND/TK 43) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 gün əvvəl
-
2 gün əvvəl
"Kristal" "City Garden Narimanov"da yenidən daxili krediti aktivləşdirdi!
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Azercell “CyberCell Hackathon”a start verir

Həyəcan zirvədə - 2-ci avtomobil sahibinə təhvil verildi!

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

"Kapital Bank"ın cəmi kredit portfeli 5 milyard manatı aşıb
Ən çox oxunanlar

Milyarder Cef Bezosdan 2045 proqnozu

Sabah Bakıda bal yarmarkası fəaliyyətə başlayır

Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB

Avrozonada inflyasiya hədəfin üzərinə yüksəlib

"Azəristiliktəchizat" Asiya İnkişaf Bankı ilə gələcək inkişaf strategiyası hazırlayır

BOKT 16 faizlə borc alır - HƏRRAC TARİXİ

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

Türkiyənin tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb
