Azərbaycanın ali məktəbi təhsil proqramlarının ödənişli əsasda ixracına başlayır
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva Özbəkistan səfəri çərçivəsində Buxara Mühəndislik - Texnoloji İnstitutunun rektoru Sədaqət Siddikova ilə görüşüb.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycan və Özbəkistan arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib. Görüş çərçivəsində, iki ölkənin ali təhsil müəssisələri arasında ikili diplom proqramı layihələrinin reallaşdırılması istiqamətində görülən işlərdən danışılıb, proqramla bağlı müvafiq qərarın Azərbaycan və Özbəkistan hökumətlərarası komissiyasının 18 iyul 2023-cü il tarixində Şuşa şəhərində keçirilən 12-ci iclası zamanı verildiyi və həmin tarixdə SOCAR və “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında kadr hazırlığı üzrə imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulduğu qeyd olunub.
Görüşdə, həmçinin, SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Mühəndislik-Texnoloji İnstitutu ilə analoji layihələrə başladığı, sözügedən əməkdaşlıqların Azərbaycan ali təhsil sistemində bir ilk olduğu və ölkəmizin ali təhsil proqramlarının xarici ölkəyə ödənişli əsasda ixracına xidmət edəcəyi diqqətə çatdırılıb.
Bu xüsusda, BANM ilə Buxara Mühəndislik-Texnoloji İnstitutu arasında Kimya mühəndisliyi ixtisası üzrə magistratura pilləsində ödənişli ikili diplom proqramı ilə bağlı müqavilənin imzalanmasından məmnunluq ifadə edilib. Sənədə əsasən, təhsilin birinci ilində Buxara Mühəndislik-Texnoloji İnstitutunda, ikinci ilində BANM-də oxuyacaq tələbələrin diplom müdafiəsi BANM tərəfindən həyata keçiriləcək, yekunda onlar hər iki ali təhsil ocağının diplomunu əldə edəcəklər.
Qeyd edilib ki, birgə həyata keçirilən layihələr və qarşılıqlı təcrübə mübadiləsi hər iki ölkədə rəqabətli insan kapitalının, habelə təhsil və elmi-tədqiqat sahələrinin inkişafına dəyərli töhfələr verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 25 d. əvvəl
- 30 d. əvvəl
- 39 d. əvvəl
-
54 d. əvvəl
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
-
1 saat əvvəl
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Neftin qiyməti son 4 ayın ən yüksək səviyyəsinə çatdı
"FINCA Azerbaijan" illik 9 faizlə 1 milyon dollar borc aldı
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
Ən çox oxunanlar
Nəhəng neft şirkəti olan Lukoil ABŞ şirkətinə satılır
“AzerGold” qızılın bahalaşmasına münasibət bildirdi
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
Yanvarın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb















