ABŞ-da mühüm məlumat açıqlandı, FED-in faiz azaldacağı ehtimalı artdı
ABŞ-da İstehlak Qiymətləri İndeksi (CPI, inflyasiya göstəricisi) bazar proqnozuna uyğun olaraq iyul ayında aylıq 0,2 faiz artıb.ABŞ Əmək Nazirliyi iyul ayı üzrə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) məlumatlarını açıqlayıb.
Marja xəbər verir ki, istehlak qiymətləri iyul ayında iyun ayı ilə müqayisədə 0,2 faiz artıb. Bazar proqnozu bu dövrdə indeksin 0,2 faiz artacağı idi.
İyulda ABŞ-də istehlak qiymətləri indeksi illik müqayisədə (ötən ilin iyul ayı ilə) 2,9 faiz artıb. Beləliklə, illik inflyasiya 3 faiz bazar proqnozundan aşağı olub.
ABŞ-da inflyasiya iyun ayında aylıq 0,1 faiz azalmış, illik müqayisədə isə 3 faiz artmışdı.
Ölkədə dəyişən enerji və ərzaq qiymətlərini nəzərə almayan əsas CPI iyul ayında aylıq 0,2 faiz, illik isə 3,2 faiz artıb.
Çərşənbə axşamı ABŞ-da açıqlanan məlumatlara görə, İstehsalçı Qiymətləri İndeksi iyul ayında aylıq 0,1 faiz, illik isə 2,2 faiz artaraq gözləntilərdən aşağı olub.
Analitiklər bildiriblər ki, bu məlumatlar qiymət təzyiqlərinin azaldığını göstərir və bu vəziyyət diqqəti yavaşlayan əmək bazarına yönəldir və ABŞ Federal Ehtiyat Sisteminin (FED) mümkün faiz endirimlərini dəstəkləyir.
Bu məlumatlar ilə birlikdə, FED-in gələn ay faiz dərəcələrini 0.50 faiz bəndi endirməsi ehtimalı güclü olaraq qalır və bankın faiz dərəcələrini bu il ərzində cəmi 1 faiz bənd aşağı salacağı təxmin edilir.
FED-in Atlanta şöbəsinin rəhbəri Raphael Bostic, faiz dərəcələrinin azaldılmasını dəstəkləməzdən əvvəl daha çox məlumat görmələri lazım olduğunu söyləyib və FED-in "ilin sonuna qədər" faizləri azaltmağa hazır olacağını təkrarlayıb.
İnflyasiya məlumatları açıqlandıqdan sonra dollar ucuzlaşıb, avro bahalaşıb. Bakı vaxtı ilə saat 19:00-da Avro/Dollar məzənnəsi 0,4% artımla 1.1035 avro səviyyəsində olub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
51 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























