“Cinema Plaza” şirkəti 20 min manat, direktoru 4 min manat cərimələndi
“Cinema Plaza” MMC tərəfindən əmək hüquqlarının pozulması faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluqdan Marja-ya verilən məlumatda bildirilir ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Səbail rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci ( əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzər məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Eyni zamanda Cəmiyyətin direktoru Nəsimi Tağıyev barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 4 min manat məbləğində inzibati cərimə edilib.
“Cinema Plaza” Bakı şəhərində otelə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
15 d. əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
-
22 d. əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
Qızılın bahalaşması yenidən sürətlənib
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir





















.jpg)


