Şirkət “Xankəndi” adı verilən yeni tankeri istismara qəbul etdi
SOCAR və ASCO-nun Müşahidə Şuralarının razılığı ilə paritet əsaslarla yaradılaraq Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçirilmiş “SA Maritime AFEZCO” Birgə Müəssisəsinin aldığı dördüncü “Aframax” tipli tanker istismara qəbul olunub. Prezident İlham Əliyevin tapşırığı ilə gəmiyə qədim Azərbaycan torpağının şərəfinə “Xankəndi” adı verilib.
SOCAR və ASCO-nun Müşahidə Şuralarının razılığı ilə paritet əsaslarla yaradılaraq Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçirilmiş “SA Maritime AFEZCO” Birgə Müəssisəsinin bazar araşdırmaları nəticəsində alınmış sayca dördüncü “Aframax” tipli tanker istismara qəbul olunub. Prezident İlham Əliyevin tapşırığı ilə gəmiyə qədim Azərbaycan torpağının şərəfinə “Xankəndi” adı verilib.
Bu barədə Marja-ya "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) bildirilib.
Qeyd edilib ki, bundan əvvəl istismara verilən “Aframax” tipli digər tankerlərimiz kimi, “Xankəndi” də “ASCO Shipmanagement AFEZCO" tərəfindən idarə olunacaq.
Tanker Türkiyənin Aliağa limanında SOCAR, ASCO, “SA Maritime AFEZCO”nun rəsmi nümayəndələrinin və gəmi heyətinin iştirakı ilə istismara qəbul olunub. Dövlət Himnimizin sədaları altında “Xankəndi” tankerində üçrəngli bayrağımız qaldırılıb.
ASCO-nun İdarə heyəti sədrinin müavini Tariyel Mirzəyev “Xankəndi” tankerinin istismara verilməsi münasibətilə bütün dənizçiləri təbrik edib, heyətə uğurlar arzulayıb.
Tədbirdə həmçinin gəmi kapitanına milli suvenirlər təqdim olunub.
Mərasimdə məhdudiyyətsiz üzmə imkanlarına malik olan və Xəzərdənkənar sularda üzəcək “Xankəndi” tankerinin istismara verilməsinin Azərbaycan iqtisadiyyatı və milli gəmiçilik üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Tədbirdə o da qeyd olunub ki, həm “Xankəndi”, həm də digər bu tip gəmilərimizdə heyətin milli dənizçi kadrlardan formalaşdırılması əsas prioritetlərdəndir. Artıq bu tip gəmilərin heyət üzvləri sırasında azərbaycanlı dənizçilər də var. Onlardan ikisi - kapitanın üçüncü köməkçisi Cahangir Yaqubov və dördüncü mexanik Teyyub Məmmədov “Xankəndi” gəmisində işləyir.
Qeyd edilib ki, gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan tankerin dedveyti (ümumi yükgötürmə qabiliyyəti) 115 521 tondur. Uzunluğu 249,95 metr, eni 44 metr, bortunun hündürlüyü 21,20 metr, suya oturumu 15,22 metr, makimum sürəti 16 knotdur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
5 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
- 51 d. əvvəl
-
54 d. əvvəl
İngiltərə Mərkəzi Bankının faiz qərarı bazarların yönünü müəyyənləşdirəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR
-
2 saat əvvəl
Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 14 saat əvvəl

Azərbaycan neftinin son qiyməti

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Rəsmi məzənnələr açıqlandı

FED faiz qərarını açıqladı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Almaniya bankı qızılın daha da bahalaşacağı barədə proqnoz verdi

Microsoft Böyük Britaniyaya 30 milyard dollarlıq sərmayə yatıracaq

“Coca-Cola”nın musiqili yay kampaniyası başa çatıb
