Auditorlar Palatasının mənfəəti 2 dəfədən çox azalıb
Auditorlar Palatası 2023-cü ili 159 min manat mənfəətlə başa vurub.
Qurumun maliyyə hesabatına görə, bu, 2022-ci illə müqayisədə 54,3% və yaxud 2,2 dəfə azdır.
Ötən il Auditorlar Palatasının əməliyyat gəlirləri 1 milyon 329 min manat (əvvəlki ilə nisbətən 12,7 % az), o cümlədən üzvlük haqlarından gəlirləri 1 milyon 188 min manat (10,7 % çox), ixtisasartırma və imtahan gəlirləri 45 min manat (73,1 % çox), qrant və ianələrdən gəlirləri 94 min manat (2,4 dəfə çox), ümidsiz borclar üzrə ehtiyatların azalması hesabına gəlirləri isə 2 min manat (təxminən 200 dəfə az) təşkil edib.
Hesabat dövründə qurumun əməliyyat xərcləri isə 1 milyon 170 manat (0,4 % az), o cümlədən işçilərə çəkdiyi xərcləri 693 min manat (16,3 % çox), ezamiyyə xərcləri 24 min manat (2 dəfə çox), məlumat və reklam xərcləri 87 min manat (36 % çox), çap və mətbuat xərcləri 13 min manat (3,8 dəfə az), informasiya texnologiyaları dəstəyi və ofis xərcləri 12 min manat (3,5 dəfə az), amortizasiya və qiymətdən düşmə xərcləri 31 min manat (10,7 %), rabitə xərcləri 32 min manat (52,4 % çox), üzvlük haqqı xərcləri 24 min manat (14,3 % çox), audit və peşəkar məsləhət xidmətləri xərcləri 77 min manat (32,8 % çox), sair əməliyyat xərcləri 38 min manat (15,15 % çox), sığorta xərcləri 3 min manat (dəyişməyib), bank xərcləri 7 min manat (dəyişməyib), konfrans xərcləri 33 min manat (3 % çox), icarə xərcləri 5 min manat (dəyişməyib), vergi xərcləri 5 min manat (əvvəlki il olmayıb), sosial xərcləri 80 min manat (əvvəlki il olmayıb), kommunal xərcləri isə 5 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə Auditorlar Palatasının aktivləri 1 milyon 240 min manat olub ki, bu da illik müqayisədə 13,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 8,7 % azalaraq 0,02 milyon manata düşüb, balans kapitalı isə 13,9 % artaraq 1 milyon 220 min manata çatıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
22 d. əvvəl
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
- 49 d. əvvəl
-
1 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
Meta-nın gəliri 24 faiz artıb
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı



















