Ailə TV Masallıda məktəbliləri sevindirib
(®) Öz fəaliyyəti ilə cəmiyyətimizə faydalı olmağa çalışan Ailə TV bu dəfə parlaq gələcək naminə növbəti sosial aksiyanı uğurla icra etmişdir.
“Kaspian Telekom” MMC-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bölgələrdə savadlı və xoşbəxt şagirdlərin yetişməsinə tövhə vermək məqsədi daşıyan layihə çərçivəsində Masallı rayonunda yaşayan ailələrin növbəti dərs ilinə hazırlaşan övladlarına məktəbli dəstinin hədiyyə edilməsi ilə bağlı tədbir həyata keçirilmişdir.
Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbinin ümumilikdə 35 şagirdinə Ailə TV əməkdaşları tərəfindən dərs ləvazimatları ilə təchiz edilmiş məktəbli çantaları və müxtəlif hədiyyələr təqdim olunmuşdur.
Balaca şagirdlərin sevimlisi Leyla Qarazadə və onun “yerdəki ulduzları” komandamızın gəlişini böyük sevinclə qeyd etmişdir. Şagirdlər Ailə TV-nin ətraf mühitin zərərli tullantılardan qorunması layihəsinə dəstək olaraq topladıqları çoxlu saydı istifadəyə yararsız batareyaları utilizasiya üçün şirkət əməkdaşlarına təhvil vermişdirlər.
Yeni tədris ili ərəfəsində keçirilən bu tədbir zamanı uşaqların sevinc və marağına səbəb olan əyləncəli proqram da təşkil olunmuşdur, sonda uşaqlarla xatirə şəkili çəkilmişdir.
İnternet provayder və televiziya xidmətləri operatoru olan,"Kaspian Telekom" MMC-nin brendi Ailə TV tərəfindən gələcəyimizin təməli olan övladlarımıza daha yaxşı sabahlar bəxş edəcək bu tip sosial layihələrin davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























