Tredu ilə dərsdənkənar dərnəklər artıq məktəbinizdə!
Tredu platformasının əsas üstünlüyü geniş partnyor şəbəkəsindən istifadə edərək məşhur kursları birbaşa məktəblərə gətirməsidir. Beləliklə, övladınız dərsdən əvvəl və ya sonra rahatlıqla dərnəklərə qoşula bilər. Bu isə valideynlərin həm vaxt itkisini aradan qaldırır, həm də şagirdlərin təhlükəsizliyini təmin edir.(®) Hamımız bilirik ki, dərsdənkənar dərnəklər övladınızın inkişafında əvəzsiz rol oynayır. Azərbaycanın bir çox təhsil ocaqlarında fərqli istiqamətlər üzrə dərsdənkənar dərnəklər mövcuddur, lakin bəzən valideynlər bu dərnəklərə qoşulmaqda çətinlik çəkirlər. Əsas problemlərdən biri dərnəklərin müxtəlif vaxtlarda keçirilməsi, fərqli yerlərdə təşkil olunması və dərnəklərə gedərkən tıxaclarda çox vaxt itirilməsidir.
Bu çətinliklərin həlli üçün Tredu tətbiqi yaradıldı. Tredu övladınızın dərsdənkənar dərnəklərdə rahat iştirakını təmin edən unikal platformadır.
Platformanın əsas üstünlüyü geniş partnyor şəbəkəsindən istifadə edərək məşhur kursları birbaşa məktəblərə gətirməsidir. Beləliklə, övladınız dərsdən əvvəl və ya sonra rahatlıqla dərnəklərə qoşula bilər. Bu isə valideynlərin həm vaxt itkisini aradan qaldırır, həm də şagirdlərin təhlükəsizliyini təmin edir.
Hazırda Tredu platformasında şahmat, proqramlaşdırma, robototexnika, futbol, basketbol, rəsm və digər sahələr üzrə dərnəklər mövcuddur. Tətbiq vasitəsilə asanlıqla onlayn qeydiyyatdan keçmək mümkündür və dərnəklər birbaşa məktəblərdə keçirilir. Bundan əlavə, valideynlər övladlarının irəliləyişini tətbiq üzərindən izləyə bilərlər.
Artıq bir ildir ki, Tredu platforması bir sıra dövlət məktəblərində və LANDAU School-da yüzlərlə şagirdə dərsdənkənar dərnəklər təklif edir.
Platformanın baş icraçı direktoru Toğrul İsmayılov bildirir: “Tredu tətbiqi üzrə işlərimiz sürətlə davam edir və partnyor şəbəkəmiz durmadan genişlənir. Partnyorlarımız arasında “Məmmədyarovlar” şahmat məktəbi, “Galatasaray”, “Div Academy” olmaqla ümumilikdə 60-dan çox şirkət yer alır. Bu ay Bakı şəhərinin 5 rayonunda 50-dən çox dövlət və özəl məktəbdə fəaliyyətə başlayırıq.”
Tredu tətbiqini həm “Google Play Market”-dən, həm də “App Store”-dan yükləmək mümkündür. Tətbiqdə qeydiyyatdan keçmədən dərnəklər və digər özəlliklərlə tanış olmaq imkanı da var.
Tredu-nun yeniliklərindən xəbərdar olmaq üçün sosial media hesablarımızı (www.instagram.com/treduapp) izləyə və ya *7788 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
9 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
10 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
10 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 11 saat əvvəl
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
























