Gözlər Yellen və Draghinin çıxışlarında
Qlobal bazarlarda nəfəslər, Fed sədri Yelen və ECB sədri Draghi-nin "Jackson Hole" iclasında edəcəyi çıxışları üçün tutulub.
"Marja" xəbər verir ki, iqtisadçılar, ABŞ Mərkəzi Bankının (Fed) sədri Janet Yellenin və Avropa Mərkəzi Bankının (ECB) sədri Mario Draghi-nin "Jackson Hole"dakı çıxışlarında yeni məlumatlar verəcəklərini gözləmir.
İŞDƏN SONRA İNŞAAT VƏ SƏNAYE MƏHSULLARINA ENDİRİM!
Kanzas Siti Fed-in ev sahibliyilə 1978-ci ildən bu yana Vayominq ştatının Cekson Hol (Jackson Hole) qəsəbəsində keçirilən və "Mərkəzi bankirlərin Davosu" kimi qəbul edilən İqtisadi Siyasətlər Simpoziumu, bu il 24-26 Avqustda baş tutacaq.
Hər il yayın sonunda dünyanın ən mühüm bankirlərini və maliyyə oyunçularını bir araya gətirən simpoziumun builki mövzusu "Dinamik Qlobal İqtisadiyyat Yaratmaq" kimi müəyyənləşdirilib.
Dünya miqyasında 40-dan artıq mərkəzi bankın nümayəndələri ilə yanaşı, maliyyə nazirləri, akademiklər və maliyyə sektorunun mühüm aktyorlarının iştirak edəcəyi simpoziumda, dünya iqtisadiyyatının qarşı-qarşıya olduğu mühüm problemlər və bunların necə həll ediləcəyi müzakirə ediləcək.
Tədbirin bazarlar baxımından "kilid" nöqtəsi isə Fed sədri Janet Yellen və ECB sədri Mario Draghi-nin bu gün edəcəkləri çıxışlar olacaq.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
İqtisadçıların son 1,5 aydır ki, səssizliyini qoruyan Yellenin Fedin pul siyasətinə dair yeni məlumatlar verəcəyinə dair gözləntiləri aşağıdır. Bundan əvvəlki iki Jackson Hole simpoziumunda akademik məzmunlu çıxışlar edən Yellenin eyni davranışı davam etdirəcəyi nəzərdə tutulur.
Bazarlar Yellenin çıxışında, aşağı inflyasiya, balansın azaldılması və faiz artırılmasının necə aparılacağına dair ipucu tapmağa çalışacaq.
Jackson Hole ərzində Yellen-dən daha çox diqqəti çəkən şəxs ECB sədri Mario Draghi ola bilər. Qlobal investorlar, Draghi-dən ECB-inin qiymətli kağız alışları proqramını nə vaxt və necə başa vuracağına dair məlumatları gözləyir.
"Fed onsuz da balansını azaltmaq proqramına sentyabrda başlamağı planlaşdırdığını çox açıq bir şəkildə ortaya qoyub; Dekabrda bir daha faiz artırmaq ehtimalı masadadır. Yellenin bunları təkrar etmək, ya da fərqli bir şey təklif etmək üçün bir səbəbi olduğunu zənn etmirik",- analitiklər bildirirlər.
Zaman | Valyuta | Hadisə | Proqnoz | Əvvəlki |
25 Avqust 2017 | ||||
10:00 | EUR | Almaniyada Ümumi Daxili Məhsul (ÜDM) (rüblük) | 0,6% | 0,6% |
10:00 | EUR | Almaniyada Ümumi Daxili Məhsul (ÜDM) (İllik) | 2,1% | 2,1% |
12:00 | EUR | Almaniya Ifo Biznes İqlimi İndeksi | 115,5 | 116,0 |
12:00 | EUR | Almaniya Mövcud Qiymətləndirmə | 125,0 | 125,4 |
12:00 | EUR | Almaniya Müəssisə Gözləntiləri | 106,8 | 107,3 |
16:00 | USD | Jackson Hole Simozyumu |
|
|
16:30 | USD | Baza Üzunömürlü Malların Sifarişləri (Aylıq) | 0,4% | 0,1% |
16:30 | USD | Uzunömürlü (Dözümlü) Malların Sifarişləri (Aylıq) | -5,7% | 6,4% |
18:00 | USD | Fed Sədri Janet Yellenin Çıxışı |
|
|
21:00 | USD | Baker Hughes Qazılan Quyu Sayı məlumatı |
| 763 |
23:00 | EUR | Avropa Mərkəzi Bankının sədri(ECB) Mario Draghi-nin Çıxışı |
| |
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
-
7 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
13 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
Ən çox oxunanlar
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib





















