“Caspian Equipment Company” şirkətinin xalis mənfəəti 2 dəfəyə yaxın artıb
Şirkət 2023-cü ildə 19 milyon 480 min manatlıq satışa qarşı 697 min manat xalis mənfəət əld edib.
Avtomobillər və ağır texnika üçün müxtəlif markalı mühərrik və sürtgü yağlarının, akkumulyatorların, şinlərin və ehtiyat hissələrinin satışı ilə məşğul olan “Caspian Equipment Company” ASC 2023-cü ili 697 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 371 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Caspian Equipment Company”nin xalis mənfəəti 1,9 dəfə artıb.
Marja.az xəbər verir ki, "Caspian Equipment Company”nin əsas əməliyyat gəlirləri (satış) 2022-ci ildə 15 milyon 455 min manat ikən, 2023-cü ildə 19 milyon 480 min manat təşkil edib (4 milyon 26 min manat və ya 26% artıb).
Ötən il Şirkətdə satışın maya dəyəri 16 milyon 710 min manat, kommersiya xərcləri 616 min manat, inzibati xərclər 1 milyon 190 min manat və sair xərclər 91 min manat təşkil edib. "Caspian Equipment Company" 871 min manat əməliyyat mənfəətindən 174 min manat mənfəət vergisi ödəyib.
ÖTƏN İL ŞİRKƏT BÖYÜYÜB
31 dekabr 2023-cü il tarixində “Caspian Equipment Company” 12 milyon 242 min manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 10 miylon 6 min manat cəmi aktivlər əmalik idi.
BU İL SATIŞI AZALIB
“Caspian Equipment Company” 2024-cü ilin birinci yarısını (yanvar-iyun) 664 min manat xalis mənfəət ilə başa vurub. Halbuki şirkət ötən ilin eyni dövrünü 400 min manat xalis mənfəət ilə bağlamışdı. 2023-cü ilin 1-ci yarısında “Caspian Equipment Company”nin gəliri (satış) 11 milyon 235 mim min manat ikən, 2024-cü ilin birinci yarısında 6 milyon 832 min manata düşüb.
“Caspian Equipment Company”nin nizamnamə kapitalının 100%-i Rüstəmov Eldəniz Sabir oğluna məxsusdur.
"Caspian Equipment Company” ASC yüngül avtomobillər və ağır texnika üçün müxtəlif markalı və yüksək keyfiyyətli mühərrik yağları və sürtgü yağlarının, akkumulyator və avtomobil şinlərinin, filtrlər və digər ehtiyat hissələrinin iri korporativ və orta həcmli satış nöqtələrinə satışı (distribusiyası) ilə məşğuldur. Şirkət Azərbaycanda LukOil, KİXX mühərrik və sürtgü yağları, həmçinin WestLake şinlərinin rəsmi satış təmsilçisidir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim ediləcək
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 2 gün sonra
-
- 2 gün sonra
-
14 saat əvvəl
ABŞ bazarlarında yüksəliş: Dow Jones yeni rekord səviyyəyə çatıb
-
14 saat əvvəl
Energetika Nazirliyində “ACWA Power” şirkəti ilə külək enerjisi layihələrinin icrası müzakirə olunub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
"BİRKART"ın istiqrazlarına 62 investor 62 sifariş təqdim edib
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

ABŞ bazarlarında yüksəliş: Dow Jones yeni rekord səviyyəyə çatıb

ABŞ-da inflyasiya iqtisadçıları təəccübləndirdi

"BİRKART"ın istiqrazlarına 62 investor 62 sifariş təqdim edib

Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayıb

“PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim ediləcək
Ən çox oxunanlar

Avropada ixtisar dalğası: Şirkətlər xərcləri azaltmaq üçün yenidənqurma prosesinə gedirlər

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Xalq Bank nizamnamə kapitalını artırdı

Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb

Norm Ustalar Klubunda “Təhsilli Gələcəyəm” layihəsinin iştirakçıları tələbə adını qazanıblar

“PAŞA Bank” Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının rəsmi bank tərəfdaşıdır

Erməni spiker: Mağazalarımızda Azərbaycan malları satılacaq
