Yarmarkada 120 tona yaxın arıçılıq məhsulundan 67,5 tonu satılıb
Fermerlər tərəfindən yarmarkaya gətirilənKənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 09-29 sentyabr tarixlərində arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası keçirilib. Fermerlər tərəfindən yarmarkaya gətirilən 120 tona yaxın arıçılıq məhsulundan 67.5 tonu satılıb. Satılan məhsulların 3 tondan çoxu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu il keçirilən Bal yarmarkasında Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 275 arıçı iştirak edib. İştirakçılara maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı (çərçivə) gətirmək hüququ verilib. Yarmarkada 37 ton cökə balı, 26.3 ton çiçək balı, 13.7 ton meşə balı satışa çıxarılıb. Çiçək, cökə və meşə balları yarmarka dövründə satışa təqdim olunan bütün bal məhsullarının 64%-ni təşkil edir.
Bundan başqa arıçı fermerlər yarmarkada qaratikan balı, may balı, dağ balı, biyan balı, çəmən balı, şabalıd balı, akasiya balı, mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr satışa çıxarıb.
Təqdim edilən bütün arıçılıq məhsulları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya şəraitində yoxlamadan keçirilib. Yarmarkaya yalnız keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb.
Qeyd edək ki, yarmarkanın son günündə 31 arıçı keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri üzrə ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə təşkilatçı qurum tərəfindən sertifikatla təltif olunub.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















