Yeni peşə ixtisasları yaradılıb
Nazirlər Kabineti “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib, yeni ixtisaslar yaradılıb.
“Sənətşünaslıq, mədəniyyət və incəsənət” peşə istiqaməti üzrə” “030102 Kargüzarlıq” ixtisas qrupuna “Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis”, “II. “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə” hissə üzrə “030206 Qaz avadanlıqlarının təmiri və istismarı” ixtisas qrupuna “Qaz təsərrüfatı qurğularının istismarı”, “030208 İaşə xidməti” ixtisas qrupuna “Qida və içki üzrə nəzarətçi”, “030213 Bələdçilik” ixtisas qrupuna “Turizm bələdçiliyi”, “030214 Avtomatlaşdırılmış texnologiyalar və istehsal” ixtisas qrupuna “Robototexnika”, “030219 İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupuna “Veb proqram tərtibatçısı”, “III. “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqaməti üzrə” hissə üzrə “030301 Bitkiçilik” ixtisas qrupuna “Bağçılıq və tərəvəzçilik” və “Aqronomluq” ixtisasları əlavə edilib.
“030302 Kənd təsərrüfatı nəqliyyatı və elektrik avadanlığına xidmət” ixtisas qrupuna “Aqrar (fermer) təsərrüfatının təşkili”, “030307 Meliorasiya və çilingər işləri” ixtisas qrupuna “Su təsərrüfatı qurğularının istismarı”, “030321 Ağac emalı qurğuları, mebel sənayesi, ağac məmulatları və yarımfabrikatların hazırlanması” ixtisas qrupuna “Mebel dizayneri” ixtisasları əlavə olunub.
“IV. “Energetika, elektrotexnika, cihazqayırma və optik texnika, radiotexnika, rabitə və informasiya texnologiyaları” peşə istiqaməti üzrə” hissəyə “030433 Geomatika” ixtisas qrupu əlavə edilib. Bu ixtisas qrupunda geodeziya və kartoqrafiya üzrə mütəxəssislərin hazırlanması yer alacaq.
“VI. “Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri” peşə istiqaməti üzrə” hissə üzrə “030601 Uçan aparatların planer və sistemlərinin təmiri və istismarı” ixtisas qrupuna “Dronların texniki xidməti və təmiri üzrə texnik”, “030616 Hərəkət tərkibinin təmiri və xidməti” ixtisas qrupuna “Qatar elektromexaniki”, “030624 Avtomobillərin təmiri - sürücülük” ixtisas qrupuna “Elektrik və hibrid avtomobillərin texniki qulluğu və təmiri üzrə texnik” ixtisasları əlavə edilib.
Yeni yaradılab “030635 Hava nəqliyyatı vasitələrinin texniki vəziyyəti” ixtisas qrupunda Nəqliyyat vasitələrinin texniki istismarı (hava nəqliyyatı üzrə) yer alacaq.
“VIII. “İlkin tələbat və qida məhsullarının texnologiyası” peşə istiqaməti üzrə” “Çörək və unlu qənnadı məmulatlarının texnologiyası” ixtisası əlavə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
9 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
21 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 25 d. əvvəl
-
26 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
54 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Ən çox oxunanlar
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon


























