ABB-dən yenilik – süni intellekt almaq istədiyin evin qiymətini öyrənməyə dəstək olur!
(®) Ölkəmizdə ipoteka bazarının lideri olan ABB özünün ABB Home plaftormasını (abbhome.az) təqdim edib.
Platformanın yaradılmasında məqsəd ipoteka ilə ev almaq istəyənlərin vaxtına qənaət, prosedurları sürətləndirmək, ipoteka ilə bağlı bütün xidmətləri bir platforma üzərindən təqdim etməkdir.
ABB Home getdikcə təkmilləşdiriləcək və beynəlxalq təcrübəyə uyğun olaraq ölkəmizdə rəqəmsal ipoteka ekosistemi kimi formalaşdırılacaq.
ABB Home-da ipoteka kreditləri ilə bağlı bütün suallara cavab tapmaq olar. Belə ki, müştərilər burada şəxsi məlumatlarını daxil edərək özlərinə düşə biləcək kredit məbləğini hesablaya, ipoteka krediti verən ABB filiallarının ünvanını öyrənə, ipoteka kabineti vasitəsilə sənədlərini onlayn şəkildə yükləyib ipoteka krediti üçün müraciət prosesini buradan apara bilərlər. Müştərilərin sadəcə kredit rəsmiləşdirilməsi mərhələsində bank filialına yaxınlaşmaları kifayətdir.
ABB ipoteka krediti ilə mənzil almaq istəyənlər üçün ABB Home platformasında süni intellekt modelləri əsasında çalışan “Əmlakın qiymətini öyrən” alətini də təqdim edib. Beləliklə, müştərilər platforma üzərindən Bakı şəhəri ərazisində yerləşən mənzillərin qiymətini də öyrənə bilirlər. Hazırda burada, əsasən, mənzillərin təxmini qiymətləri təqdim edilir. Yaxın zamanlarda alət daha da təkmilləşdiriləcək, həyət evi, torpaq və digər daşınmaz əmlak növlərinin də qiymətini öyrənmək olacaq. Qiymətlər açıq məlumat mənbələri əsasında süni intellekt tərəfindən təxmin edilir.
ABB daxili ipoteka kreditlərini müştərilərə 10%-dən başlayan illik faiz dərəcəsi ilə, minimum 15% ilkin ödənişlə, 25 ilədək müddətə təklif edir. Kreditin maksimal məbləği 500 000 manata qədərdir.
ABB çoxsaylı tikinti şirkətləri ilə tərəfdaşlıq edir. ABB Home istifadəçiləri Bankın partnyor tikinti şirkətləri və onların mənzil layihələri haqqında da ətraflı məlumat əldə edə, həmin tikinti şirkətlərinin inşa etdiyi binalardan sadələşdirilmiş, çox əlverişli şərtlərlə təmirli, yaxud təmirsiz mənzillər ala bilərlər.
ABB-nin daxili ipoteka kreditləri ilə həm yeni və köhnə tikililərdə mənzillər, fərdi yaşayış evləri, o cümlədən bağ evləri, həm də torpaq sahələri almaq mümkündür. Bu, müştərilərə geniş və sərfəli seçim imkanı yaratmaqla yanaşı, ölkəmizdə tikinti biznesinin inkişafına da töhfə verir.
Xaricdə yaşayan və xarici ölkələrdən əməkhaqqı alan Azərbaycan Respublikası vətəndaşlarına da ABB-nin daxili ipoteka kreditindən yararlanmaq imkanı yaradılıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 5 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
























