Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq - QANUN DƏYİŞDİRİLİR
Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq. Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Alkoqollu pərakəndə satışına dair içkilərin minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunacaq. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək.
Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması nəzərdə tutulur.
Bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən,
- Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
- Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.
- Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.
Qeyd edlib ki, Qanun layihəsi ölkənin, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunması, istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsi, daxili bazarda minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilərin satışının, bu sahədə qanunsuz sahibkarlığın qarşısının alınması məqsədilə “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 7 fevral 2023-cü il tarixli Prezidentinin sərəncamı çərçivəsində hazırlanıb və spirtli içkilərlə bağlı qiymət-satış siyasətinin yenilənməsini, bunun üçün alkoqollu içkilərin ölkə daxilində satışı zamanı həmin məhsullara minimum satış qiymətinin tətbiq olunmasını nəzərdə tutur.
Müşahidələr göstərir ki, istehlak bazarında dövriyyədə texniki normativ hüquqi aktlarla müəyyən olunmuş minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilər mövcuddur. Bu fakt eyni zamanda qanunsuz istehsalın və qaçaqmalçılığın, vergidən yayınmanın mövcudluğunu göstərir. Nəticədə, əhalinin sağlamlığı üçün təhlükə yaranır, istehlakçılarda ölkəmizdə istehsal olunan analoji məhsulların keyfiyyətinə olan inamı azaldır, həmçinin haqsız rəqabət mühiti yaradaraq qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar ilə müəyyən olunmuş tələblərə uyğun məhsul istehsal edən müəssisələrin fəaliyyətinə çətinlik yaradır. Mövcud vəziyyət ölkəmizdə alkoqollu içkilərin satışı sahəsində dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, bu sahədə əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir.
Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin tənzimlənməsi beynəlxalq təcrübədə də tətbiq edilir. Qanun layihəsi alkoqollu içkilərin təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının qorunmasına, istehlakçını aldadan hər hansı digər fəaliyyətin qarşısının alınmasına, bu sahədə qanuni fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, qeyri-qanuni istehsalın qarşısının alınmasına xidmət edəcək.
© "Report"
Müştərilərin xəbərləri

“PAŞA Holding” tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2025-2026-cı tədris ili üçün açılış tədbiri keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 gün sonra
-
5 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
5 d. əvvəl
Bu il 11 minə yaxın şirkət dövlət qeydiyyatından keçib, cəmi sayı 200 mini aşıb
-
9 d. əvvəl
Dövlət şirkəti “Azərpoçt” da “Temu”dan alınan malları daşıyacaq
- 17 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan vətəndaşları Rusiyaya gedərkən problemlərlə qarşılaşırlar - Hava limanında saxlanılırlar
-
2 saat əvvəl
Mikayıl Cabbarov Omanda səfərdədir - Görüşlər keçirilib, Səhmdarlar Müqaviləsi imzalanıb
-
2 saat əvvəl
Onlayn qumar şəbəkələrinə qarşı əməliyyat keçirilib, 5 nəfər tutulub - VİDEO
-
2 saat əvvəl
200 milyon dollarlıq Azərbaycan - Oman Birbaşa İnvestisiya Fondu yaradılır - MÜQAVİLƏ İZALANDI
-
2 saat əvvəl
Azərbaycan və Gürcüstan arasında birgə gömrük məntəqəsinin yaradılması sürətləndirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Dövlət şirkəti “Azərpoçt” da “Temu”dan alınan malları daşıyacaq

Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!

Mikayıl Cabbarov Omanda səfərdədir - Görüşlər keçirilib, Səhmdarlar Müqaviləsi imzalanıb
Ən çox oxunanlar

200 milyon dollarlıq Azərbaycan - Oman Birbaşa İnvestisiya Fondu yaradılır - MÜQAVİLƏ İZALANDI

Azərbaycan və Gürcüstan arasında birgə gömrük məntəqəsinin yaradılması sürətləndirilir

“Əgər ustaya dəyər verirsənsə, ölkənin tikinti mədəniyyətinə dəyər verirsən” - MÜSAHİBƏ

BMW 2025-ci il üzrə gəlir proqnozunu aşağı saldı

Oktyabrın 9-da gözlənilən hava şəraiti

Güzəştli MİDA ipoteka krediti

BOKT “Embafinans”xalis mənfəətinin azalmasına aydınlıq gətirdi

Tesla-nın “xalq avtomobillərinin” qiymətləri bəyənilmədi— yeni modellər gözlənildiyi qədər ucuz deyil
