100 MVt gücündə “Qobustan” GES layhəsi ilə bağlı keçirilən tenderdə Çin şirkətləri iştirak edir
Energetika naziri Pərviz Şahbazov Çinin Çindao şəhərində keçirilən 3-cü Kəmər və Yol Enerji Nazirləri Konfransında çıxış edib. Nazir çıxışında, “Bir Kəmər, Bir Yol”un Avrasiyanın müasir geoiqtisadi landşaftını formalaşdıran müdrik bir təşəbbüs olduğunu vurğulayıb. Avropa ilə Asiya arasında tranzit mərkəzi kimi mövqeyi, nəqliyyat və enerji dəhlizləri vasitəsilə Azərbaycanın bu layihədə mühüm rolunu qeyd edib. Hazırda ölkəmizin Çindən Avropaya ən qısa yolu - Orta Dəhlizi gücləndirən, “Kəmər və Yol”a yaşıl enerji bağlantıları ilə töhfə verən strateji kursundan danışıb.
Bildirilib ki, Azərbaycan və Çin liderləri strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul etməklə münasibətləri tamamilə yeni səviyyəyə yüksəldib: “Azərbaycan-Çin münasibətlərinin zirvəsi olan Bəyannamə müasir İpək Yolu qurşağında enerji tərəfdaşlığının inkişafı üçün geniş imkanlar açır. Bir-birini prioritet, etibarlı və strateji tərəfdaş hesab edən ölkələrimizin neft - qaz hasilatı, emalı, “yaşıl enerji” sahələrində əməkdaşlığını dərinləşdirən yol xəritəsi müəyyənləşdirir. “Yaşıl enerji” üzrə böyük imkanları və təcrübəni birləşdirən Azərbaycan-Çin tərəfdaşlığı “Kəmər və Yol”, davamlı inkişaf, qlobal iqlim və enerji çağırışlarına cavab vermək istiqamətlərində mühüm əhəmiyyət daşıyır”.
Çin şirkətlərinin Azərbaycanın “yaşıl enerji”nin 2027-ci ilədək olan birinci inkişaf mərhələsində stansiyaların “yaşıl texnologiya”larla təchizatı və günəş enerjisi güclərinin yaradılmasında iştirak etdikləri diqqətə çatdırılıb. Bu xüsusda, “Energy China” şirkəti ilə 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu çərçivəsində hazırda 160 MVt gücündə iki günəş elektrik stansiyasının tikintisi, 100 MVt gücündə “Qobustan” GES layhəsi ilə bağlı keçirilən tenderdə Çin şirkətlərinin iştirakı, eləcə də “China Datang”, TBEA və “PowerChina” şirkətləri ilə əməkdaşlıq planlarından bəhs edilib.
Bu əməkdaşlığın bərpa olunan enerjinin 2030-cu ilə olan növbəti mərhələsi çərçivəsində Azərbaycanın lokomotivliyi ilə həyata keçirilən “yaşıl enerji dəhliz”ləri aspektində xüsusilə əhəmiyyətli olduğu qeyd edilib. Nazir deyib ki, “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa”, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərini birləşdirən və Avropa-Xəzər enerji dəhlizi ilə əlaqələnən “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizləri, ümumilikdə təxminən 10 QVt enerjinin Asiya ilə Avropa arasında ötürülməsini təmin etmək perspektivlərinə malikdir: “Daha geniş inteqrasiya olunmuş regional elektrik enerjisi bazarlarının yaradılmasını dəstəkləyən bu dəhlizlər üzrə əməkdaşlıq Çinin “karbon neytrallığı” hədəfinə, Mərkəzi Asiya və Azərbaycandan “yaşıl enerji” idxal etməklə enerji təchizatını şaxələndirməsinə töhfə verə bilər. Dənizdə “yaşıl enerji” layihələri, elektrik şəbəkələrinin genişləndirilməsi, elektrik ötürücü xətlərin inşası, enerji saxlama sistemləri və bərpa olunan enerji texnologiyaları üzrə investisiya və inkişafyönümlü əməkdaşlıqla Çinin bu dəhlizlərdə geniş iştirak imkanları var”.
Nazir, həmçinin COP29 Sədrliyinin enerji təşəbbüslərinə də toxunub. Çini, “Kəmər və Yol” ölkələrini Qlobal İqlim Sammitində fəal iştiraka və Azərbaycanın təşəbbüslərinə qoşulmağa çağırıb.
Konfransın yekununda “Kəmər və Yol Yaşıl Enerji Əməkdaşlıq Fəaliyyət Planı” qəbul olunub, həmçinin Kəmər və yol enerji tərəfdaşlığı katibliyinin ofisi yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 31 d. sonra
-
19 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 20 d. əvvəl
-
-
27 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
33 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
45 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 49 d. əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb






















