"Bir neçə gün əvvəl Çindən gələn yükləri 3-cü ölkəyə daşıdıq" - “Shark Logistics”in direktoru
“Məqsədimiz ölkəmiz üzərindən yükdaşımalarda öz daşıyıcılarımızın payının artmasına nail olmaqdır”- “Shark Logistics”
“Azərbaycanın coğrafi mövqeyi bizə beynəlxalq yükdaşımalarda əhəmiyyətli yer tutmaq imkanı verir. Türkiyə, Rusiya və İrana daşımalarda Azərbaycan daşıyıcıların üstünlük qazanması logistika sahəsinin ölkə iqtisadiyyatının inkişafına getdikcə daha çox töhfə verdiyini və iqtisadiyyatda əhəmiyyətli yer tutduğunu göstərir”
Marja xəbər verir ki, bunu “Shark Logistics” şirkətinin direktoru Amid İbadov deyib.
Şirkət rəhbəri Azərbaycana və Azərbaycandan daşımalardan başqa, “Shark Logistics” də daxil olmaqla, logistika şirkətlərinin tranzit yüklərin daşınmasında rolunun artdığını bildirib və bir neçə gün əvvəl Çindən gələn yükləri üçüncü ölkəyə daşıdıqlarını vurğulayıb.
“Amma təəssüf ki, Avropaya yükdaşımalarda Azərbaycan şirkətlərinin payı hələ də çox azdır. Bizim məqsədimiz ölkəmizin üzərindən daşımaların öz iqtisadiyyatımıza gəlir gətirməsinə və öz daşıyıcılarımızın böyük pay almasına nail olmaqdır”, - logistika şirkətinin rəhbəri qeyd edib.
“Hazırda ölkənin ən iri distribüter şirkətlərinə xidmət göstərən, qida və qeyri-qida məhsullarının daşımasında ixtisaslaşan “Shark Logistics” Azərbaycandan daşımalar etdiyi Türkiyə, Rusiya, Gürcüstan, Belarus, Monqolustan kimi ölkələrdən bir-birinə və üçüncü ölkələrə də yüklərin çatdırılmasını həyata keçirir”, - Amid İbadov deyib.
Yükdaşımaların iqtisadiyyatda rolunun artdığını nəzərə alaraq şirkət həm avtomobil portfelini genişləndirmək, avtomobilləri, daşınan yüklərin keyfiyyətini izləmək üçün innovativ texnologiyaların tətbiqini artırmaq, müştərilərə yüklərin daşınması üçün daha yaxşı həllər təklif etmək, sürücülərin peşəkarlığını yüksəltmək istiqamətində də yeniliklər edir. Hal-hazırda 150-yə yaxın TIR modeli avtomobilinə malik şirkət TIR parkının yerləşdiyi Ərkivan qəsəbəsində (Masallı rayonu) sürücülərin təlimini də dəstəkləyir. Şirkətin qarşısında duran əsas hədəflərdən biri də Avropa ölkələrinə daşımalar etmək üçün bu ölkələrə giriş vizası olan peşəkar sürücülərin sayını artırmaqdır.
Qeyd edək ki, “Shark Logistics” 2014-cü ildən fəaliyyətdədir.
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
8 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
-
8 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Azər-Türk Bank” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azercell Amazon ilə tərəfdaşlıq qurur

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
Ən çox oxunanlar

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Əliyev Putinə zəng edib

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur
