“Xarici Ticarət Məhsulları və onlara dair əməliyyatlar” təlim keçirilib
“Yapı Kredi Bank Azərbaycan” QSC və “Yapı ve Kredi Bankası” A.Ş. Bankçılıq Akademiyaları əməkdaşlığı çərçivəsində xarici ticarət üzrə təlim keçirilmişdir.
(®) 24-25 oktyabr 2024-cü il tarixlərində “Yapı Kredi Bank Azərbaycan” QSC və “Yapı ve Kredi Bankası” A.Ş.-nin Bankçılıq Akademiyaları arasında əməkdaşlıq çərçivəsində “Xarici Ticarət Məhsulları və onlara dair əməliyyatlar” mövzusunda təlim keçirilmişdir.
Təlim, “Yapı ve Kredi Bankası” A.Ş.-nin Xarici Ticarət Maliyyələşməsi üzrə direktoru Mustafa Değirmenci (İCA, CSDG sertifikatları), Xarici Ticarət Məhsullarının İnkişafı üzrə müdiri Çağrı Cengiz (CSDG, CDCS, CITF sertifikatları) və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Kredit/Xarici Ticarət Əməliyyatları Departamentinin müdir müavini Qəhrəman Qəhrəmanov (CDCS sertifikatı) tərəfindən həyata keçirilib. Təlim çərçivəsində iştirakçılara “Xarici Ticarət Məhsulları” və onların tətbiqi qaydaları, eləcə də bu məhsulların yaratdığı fürsətlərdən yararlanma metodologiyasının müxtəlif məqamları izah edilib. Eyni zamanda, mövcud ticarət əlaqələri, əlaqələrdən effektiv istifadə imkanları nəzərdən keçirilib, Azərbaycan və Türkiyə bankları tərəfindən bu sahədə görülən işlər və qazanılmış təcrübə müzakirə edilib. Bu təlim, xarici ticarət sahəsində əməkdaşlığı genişləndirmək və hər iki ölkənin maliyyə institutları arasında bilik mübadiləsini gücləndirmək məqsədini daşıyır.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Müştərilərin xəbərləri

“PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim ediləcək
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 2 gün sonra
-
- 2 gün sonra
-
19 d. əvvəl
"BİRKART"ın istiqrazlarına 62 investor 62 sifariş təqdim edib
- 20 d. əvvəl
- 39 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibankdan “Payız endirimi” mikro kredit kampaniyası- İstədiyini seç!
-
1 saat əvvəl
Avropada ixtisar dalğası: Şirkətlər xərcləri azaltmaq üçün yenidənqurma prosesinə gedirlər
- 2 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

"BİRKART"ın istiqrazlarına 62 investor 62 sifariş təqdim edib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib

“PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim ediləcək

Avropada ixtisar dalğası: Şirkətlər xərcləri azaltmaq üçün yenidənqurma prosesinə gedirlər

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Ən çox oxunanlar

Xalq Bank nizamnamə kapitalını artırdı

Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb

Norm Ustalar Klubunda “Təhsilli Gələcəyəm” layihəsinin iştirakçıları tələbə adını qazanıblar

“PAŞA Bank” Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının rəsmi bank tərəfdaşıdır

Erməni spiker: Mağazalarımızda Azərbaycan malları satılacaq

Masallıda avtomobil yolunun əsaslı təmirinə 1,5 milyon manat ayrıldı

Sentyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb

Qeyri-yaşayış sahələri icarəyə veriləcək - aylıq icarə qiyməti 8 manatla 212 manat arasında dəyişir
