Fond Bazarı İştirakçılarının Assosiasiyası yeni internet səhifəsini istifadəyə verdi
Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası yeni internet səhifəsini istifadəyə verdiAzərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) yenilənmiş rəsmi internet səhifəsini istifadəyə verilib.
Assosiasiyanın yaydığı məlumatda bildirilir ki, yeni platforma müasir dizayn və funksionallıqla seçilir, bu da həm AFBİA üzvlərinə, həm də geniş ictimaiyyətə kapital bazarları ilə bağlı məlumatları əldə etmək imkanı yaradır.
Sayt AFBİA-nın fəaliyyəti, onun üzvləri və təklif etdiyi xidmətlər haqqında ətraflı məlumat təqdim etməklə yanaşı, bazar iştirakçıları üçün aktual resurs və məlumat bazası kimi xidmət edir.
Yeni internet səhifəsi interaktiv xüsusiyyətləri ilə də seçilir. İstifadəçilər maliyyə savadlılığını artırmaq üçün müxtəlif mənbələrə müraciət edə, eləcə də peşəkar təlim və seminarlar üçün onlayn qeydiyyatdan keçə bilərlər. Bu, bazarın inkişafına dəstək olmaqla yanaşı, peşəkar təcrübəni genişləndirmək istəyənlər üçün unikal imkanlar yaradır.
Saytın istifadəyə verilməsi AFBİA-nın məlumat mübadiləsinin səmərəliliyini artırmaq və Azərbaycan kapital bazarının inkişafını dəstəkləmək istiqamətində atdığı növbəti mühüm addımdır və ölkəmizdə kapital bazarının geniş ictimaiyyətə tanıdılmasına töhfə verəcəkdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
13 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
14 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Rəsmi məzənnələr açıqlandı
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Qlobal bazarlar Trampın qərarını gözləyir
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
Ən çox oxunanlar
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır






















