Qızıl fyuçerslərinin qiyməti 2800 dolları da keçdi
Qızılın qiyməti tarixdə ilk dəfə bir unsiya üçün 2800 dolları ötüb. Bakı vaxtı ilə saat 10:39-da qiymətli metalın dekabr müqaviləsi 0,69% artaraq bir unsiya üçün 2800,25 dollara çatıb.
Comex-in məlumatlarına görə, qızıl fyuçerslərinin qiyməti yeni tarixi maksimuma çataraq 1 troya unsiyası üçün 2800 dolları keçib.
Marja xəbər verir ki, Sentyabrın sonunda qızıl bir troya unsiyası üçün 2700 dollarla tarixi maksimuma çatmışdı.
"Bank of America"nın hesabatına əsaslanan hesablamalarına görə, oktyabr ayında qızıl fondlarına xalis investisiyaların ümumi həcmi 2020-ci ilin iyul ayından bəri ən yüksək səviyyəyə çatıb.
CME Group dörd birjadan - CME, CBOT, NYMEX və COMEX-dən ibarət dünyanın aparıcı törəmə alətlər bazarıdır.
Analitiklər qızıl bazarında yeni rekordları ABŞ seçkilərinin nəticələri ilə bağlı qeyri-müəyyənlik və Yaxın Şərqdə hərbi münaqişənin kəskinləşməsi ilə bağlı davam edən narahatlıqlarla əlaqələndirirlər. Bu, təhlükəsiz aktivlərə tələbatın artmasına səbəb olur - investorlar qiymətli metaldan geosiyasi və iqtisadi risklərdən qorunma vasitəsi kimi istifadə edirlər.
Qızıl bu il 30%-dən çox bahalaşıb. Sentyabr ayında ABŞ Federal Ehtiyat Sisteminin monetar yumşaltma dövrünə başlamasından sonra qızıl qiymətləri yeni rekordlara yüksəlib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 28 d. əvvəl
-
-
38 d. əvvəl
JPMorgan: Apple iPhone 17 seriyasına maraq əvvəlki modelləri üstələyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiyanın ixracı və FED-in qərarı öncəsi neft qiymətləri yüksəldib
- 1 saat əvvəl
-
3 saat əvvəl
BYD rəhbərliyi avtomobil sektorunu silkələyəcək 8 məlumatı açıqladı
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Trampdan Avropaya: “Rusiyadan neft almayın” çağırışı

Rəsmi məzənnələr açıqlandı

Rusiyanın ixracı və FED-in qərarı öncəsi neft qiymətləri yüksəldib

BYD rəhbərliyi avtomobil sektorunu silkələyəcək 8 məlumatı açıqladı

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Bakıda yenilənmiş Toyota Corolla Cross təqdim edilib

8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
