BYD satış gəliri üzrə də ən böyük rəqibi Tesla-nı geridə qoydu
BYD, Tesla qarşısında daha bir qələbə qazanıb. Çinin BYD şirkəti üçüncü rübdə ilk dəfə olaraq ən böyük rəqibi Tesla-nın gəlirini geridə qoyan gəlir açıqlayıb. Çinli elektrikli avtomobil istehsalçısı BYD-nin xalis mənfəəti 11,5% artıb. İyul-sentyabr rübündə xalis mənfəət 11,6 milyard yuana (1,63 milyard dollar) yüksəlib.
Qlobal elektrikli avtomobil satışlarında Tesla ilə baş-başa fedən BYD, ilk dəfə Tesla-nı üstələyən rüblük gəlir də açıqlayaraq, Tesla qarşısında daha bir qələbə qazanıb.
Marja.az xəbər verir ki, Çinin ən çox satış edən avtomobil istehsalçısının gəliri sentyabrın 30-da başa çatan üçüncü rübdə (iyul-sentyabr) illik müqayisədə 24 faiz artaraq 201,1 milyard yuan (28,24 milyard dollar) təşkil edib.
BYD-nin gəliri eyni dövrdə satışdan gəliri 25,2 milyard dollar təşkil etmiş Tesla-nı ötüb.
BYD ikinci rübdə rekord sayda - 1,12 milyon ədəd elektrik və plug-in hibrid avtomobil satmışdı. Üçüncü rübdə BYD-nin xalis mənfəəti 11,5 faiz artaraq 11,6 milyard yuan (1,63 milyard dollar) olun. Bununla belə, onun mənfəəti Tesla-nın qazandığı 2,2 milyard dolların kölgəsində qalır.
2024-cü ilin doqquz ayı ərzində (yanvar-sentyabr) BYD-nin xalis mənfəət 18,1% artaraq 25,2 milyard yuan təşkil edib.
Tesla iyul-sentyabr aylarında qlobal miqyasda elektrik avtomobil satışları baxımından BYD-nin önündə olub.
Elektrikli avtomobillərə istehlakçı tələbatı azaldıqca, BYD güclü hibrid avtomobilləri ilə Tesla-dan daha da fərqlənir.
Hələ də BYD istehsal etdiyi avtomobillərinin 90%-dən çoxunu Çində satır. Şirkət bu il üçün daha yüksək illik satış hədəfi qoyub. Morgan Stanley sentyabr ayında hesabatında göstərib ki, BYD bu il ixracını ikiqat artıraraq 450 min avtomobilə çatdırmağı hədəfləyib.
Əlavə tariflərlə üzləşməsinə baxmayaraq, BYD Avropa bazarlarında 94 min 477 avtomobil satıb ki, bu da əvvəlki illə müqayisədə 32,6% çoxdur.
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
8 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
-
8 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Azər-Türk Bank” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azercell Amazon ilə tərəfdaşlıq qurur

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
Ən çox oxunanlar

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Əliyev Putinə zəng edib

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur
