Nissan da çətin vəziyyətdədir - 9000 NƏFƏRİ İŞDƏN ÇIXARIR, SƏHMLƏRİ UCUZLAŞIB
Nissan-ın səhmləri dörd illik minimuma yaxındır
Nissan-ın səhmləri, Şirkət ixtisar və istehsalın azaldılması planlarını elan etdikdən sonra ucuzlaşıb.
Marja.az xəbər verir ki, Yaponiyanın üçüncü ən böyük avtomobil istehsalçısı olan Nissan cümə axşamı günü illik əməliyyat mənfəəti proqnozunu 70 faiz azaldıb və xalis mənfəət gözləntisini tamamilə ləğv edib.
Çindəki yerli və digər istehsalçılar ucuz elektrik və benzin-elektrikli hibrid avtomobilləri ilə bazar paylarını artırsalar da, Nissan bu rəqabətə tab gətirməkdə çətinlik çəkir. ABŞ-da hibrid avtomobillərə güclü tələbat olmasına baxmayaraq, Nissan bu seqmentdə kifayət qədər model təklif edə bilmir.
Nissan səhmləri dörd illik minimuma yaxındır
Nissan Çin və ABŞ bazarlarında yaşadığı çətinliklərə görə 9 min nəfəri işdən çıxaracaq. Həmçinin şirkət istehsal gücünü 20 faiz azaldacaq. Şirkətin yaydığı açıqlamalardan sonra, Nissan səhmləri 10 faizə qədər ucuzlaşıb.
Şirkət bəyan edib ki, restrukturizasiya çərçivəsində maliyyə ilinin sonuna qədər xərclərini 400 milyard yen (2,61 milyard dollar) azaltmağı hədəfləyir.
Yerli rəqiblər BYD və Çindəki digər istehsalçılar ucuz elektrik və benzin-elektrikli hibrid avtomobillərlə bazar paylarını artırsalar da, Nissan da bu rəqabətdə çətinlik çəkir. ABŞ-da hibrid avtomobillərə güclü tələbat olmasına baxmayaraq, Nissan bu seqmentdə kifayət qədər model təklif edə bilmir.
Nissan-ın CEO-su Makoto Uçida hibridlərin ABŞ bazarında gözlənilmədən populyarlaşdığını və yenilənmiş ənənəvi modellərinə tələbatın gözləniləndən aşağı olduğunu deyib.
Nissan-ın restrukturizasiya prosesi keçmiş sədr Karlos Qonun 2018-ci ildə devrilməsi və Renault ilə əməkdaşlığının daralmasından sonra şirkətin öz biznesini canlandırmaq səylərinin son mərhələsidir.
Yaponiyanın İqtisadiyyat, ticarət və sənaye naziri Yoji Muto cümə günü Nissan-a dövlət dəstəyinin göstərilib-göstərilməməsi ilə bağlı şərh verməkdən imtina edib.
Analitiklər Nissan-ın ABŞ-da hibrid modellərə artan təlabatı ödəyə bilməməsini idarəetmə səhvi kimi qiymətləndirib. Şirkət əsasən yeni elektrik və ənənəvi modellərin satışına güvənirdi.
Nissan-dan verilən açıqlamada, şirkətin daha davamlı olması üçün fəaliyyətini yenidən quracağı (restrukturizasiya) bildirilib.
Açıqlamada qeyd edilib ki, şirkət sabit xərcləri 300 milyard yen (2 milyard dollar), dəyişkən xərcləri isə 100 milyard yen (650 milyon dollar) azaltmağı hədəfləyir: “Bunun üçün Nissan qlobal istehsal gücünü 20 faiz azaldacaq və qlobal işçi qüvvəsini 9 min nəfər ixtisar edəcək".
Nissan-ın Baş İcraçı Direktoru (CEO) Makoto Uçida deyib: "Bu transformasiya tədbirləri şirkətin kiçilməsi demək deyil. Nissan, daha davamlı olmaq üçün əməliyyatlarını yenidən quracaq, eyni zamanda, biznes mühitindəki dəyişikliklərə tez və çevik reaksiya vermək üçün rəhbərliyi yenidən formalaşdıracaq".
Yapon avtomobil istehsalçısı bu il ikinci dəfə mənfəət proqnozunu aşağı salıb. Şirkət cari maliyyə ili üçün mənfəətinin əvvəllər 500 milyard yen (3,2 milyard yen) səviyyəsindən 150 milyard yenə (976 milyon dollar) düşəcəyini gözləyir.
Nissan-ın qlobal satışları maliyyə ilinin birinci yarısında 3,8 faiz azalaraq 1,59 milyon ədəd təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı
-
-
9 saat əvvəl
Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı

Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb
