SOCAR ilə “IntelliGrid” arasında Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqinə dair Saziş imzalandı
“AzəriQaz”ın bütün xidmət zonasında ən müasir Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sistemi tətbiq ediləcək11 noyabr 2024-cü il tarixində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Esyasoft” holdinq və “Presight” şirkətinin birgə müəssisəsi olan “IntelliGrid” arasında “AzəriQaz” İstehsalat Birliyinin bütün xidmət zonasında ən müasir Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqinə dair Saziş imzalanıb.
İmzalanma mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, “International Holding Company”nin (IHC) rəqəmsal transformasiya üzrə baş icraçı direktoru Ajay Hans Raj Bhatia iştirak ediblər.
Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, “IntelliGrid” şirkətinin baş icraçı direktoru Bipin Çandra imzalayıblar.
İmzalanan sənədə əsasən, qazpaylayıcı şəbəkəyə data analizini, proqnozlaşdırıcı texniki xidməti və real vaxt monitorinqini inteqrasiya etmək üçün “IntelliGrid”in süni intellekt imkanlarından istifadə ediləcək. Bu, qaz istehlakını optimallaşdırmağa, itkiləri minimuma endirməyə və ümumi əməliyyat səmərəliliyini artırmağa imkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 d. əvvəl
Bank Respublika “ASAN Məktub” proqramı çərçivəsində uşaqların arzularını gerçəkləşdirdi
-
22 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
36 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 44 d. əvvəl
- 48 d. əvvəl
-
20 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)
