Donald Tramp İlon Maska vəzifə verdi
ABŞ prezidenti seçkilərində qalib gələn Donald Tramp prezident seçilməzdən əvvəl milyarder iş adamı, Tesla şirkətinin rəhbəri İlon Maska öz komandasında vəzifə verəcəyini bildirmişdi.
Marja.az-ın məlumatına görə, Tramp bildirib ki, iş adamları İlon Mask (Elon Musk) və Vivek Ramasvami (Vivek Ramaswamy) ingilis abreviaturası “DOGE” olan Hökumətin Səmərəliliyi Nazirliyinə (Department of Government Efficiency) rəhbərlik edəcəklər.
Donald Tramp bəyan edib ki, Mask və Ramasvami hökumət bürokratiyasının aradan qaldırılmasına, həddindən artıq tənzimləmələrin azaldılmasına, israf olan xərclərin azaldılmasına və federal qurumların yenidən qurulmasına cavabdeh olacaqlar.
Bunun dövrün "Manhetten Layihəsi"nə çevriləcəyini qeyd edən Tramp, Respublikaçı siyasətçilərin çox uzun müddətdir ki, "DOGE" hədəflərini xəyal etdiyini bildirib.
Tramp qeyd edib ki, Hökumətin Səmərəliliyi Nazirliyi genişmiqyaslı struktur islahatları aparmaq və hökumətə indiyə qədər görülməmiş sahibkarlıq yanaşması yaratmaq üçün Ağ Ev İdarəetmə və Büdcə Ofisi ilə əməkdaşlıq edərək, hökumətdən kənar məsləhətlər və təlimatlar verəcək.
"Mən İlon və Vivekin səmərəliliyi artırmaq və həmçinin bütün amerikalılar üçün həyatı yaxşılaşdırmaq üçün federal bürokratiyaya dəyişiklik etməyi səbirsizliklə gözləyirəm", = Donald Turmp deyib.
Donald Trampın Hökumətin Səmərəliliyi Nazirliyinin yaradılmasını rəsmən elan etməsindən sonra "Dogecoin"in seçki sonrası bahalaşamsı sürətlənib. Dogecoin-in qiyməti bir anda 20 faiz artıb.
Elon Musk və Vivek Ramaswamy DOGE-də birlikdə çalışacaqlar
Hər il 6,5 trilyon dollarlıq dövlət xərclərində böyük israfı və saxtakarlığı aradan qaldıracaqlarını vurğulayan Tramp, Musk və Ramaswamy-nin ABŞ iqtisadiyyatını "azad etmək" və hökuməti xalq qarşısında hesabatlı etmək üçün birlikdə çalışacaqlarını bildirib.
İşlərin ən geci 4 iyul 2026-cı il tarixinə qədər tamamlanacağını qeyd edən Tramp, daha səmərəli və daha az bürokratiyaya malik daha kiçik bir hökumətin, Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümündə ölkəyə “hədiyyə” olacağını bildirib.
Vivek Ramaswamy 9 avqust 1985-ci ildə Ohayo ştatının Cincinnati şəhərində anadan olmuş amerikalı iş adamıdır. Hindistanlı mühacirlərin övladı olan Ramasvami Harvard Universitetində biologiya üzrə bakalavr təhsilini tamamlayıb və Yale Hüquq Məktəbində hüquq dərəcəsi alıb. O, 2014-cü ildə “Roivant Sciences” biotexnoloji şirkətini yaratmaqla diqqəti cəlb edib və 2023-cü ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olub. O, həmçinin ekoloji, sosial və idarəetmə (ESG) investisiyalarına dair tənqidləri ilə tanınır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























