Avropa bankı Bakıda metronun modernləşdirilməsinə və genişləndirilməsinə dəstək verəcək
9 yeni metro stansiyanın inşası nəzərdə tutulur.
Bu gün Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Avropa İnvestisiya Bankı (AİB) arasında Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, tərəflər Bakı Metropoliteni şəbəkəsinin yenilənməsi, genişləndirilməsi və modernləşdirilməsi layihəsinin hazırlanması, tam qiymətləndirilməsi məqsədilə əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, Bakı Metropoliteni ilə hər gün təxminən 620-630 min sərnişin daşınır. Şəbəkənin yenilənməsi və genişləndirilməsi ilə bağlı planlaşdırılan işlərin məqsədi təqribən 2,4 milyon nəfər əhalisi olan Bakı şəhərində metro sərnişinlərinin sayını artırmaq və nəqliyyat sıxlığını azaltmaqdır.
Anlaşma Memorandumunun icrası paytaxtda mobilliyin inkişafı istiqamətində mühüm addım olacaq, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə və çirklənmənin qarşısının alınması istiqamətində səyləri gücləndirəcək.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Bakı şəhərinin mobillik proqramı” çərçivəsində paytaxtda mikromobillik vasitələrinin təşviqi və infrastrukturun qurulması istiqamətində işlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, indiyədək 32 km-dək mikromobillik zolaqları istifadəyə verilib və şəbəkənin genişləndirilməsi nəzərdə tutulur.
“Metropolitenin inkişafı “Bakı şəhərinin mobillik proqramı”nın əsas komponentidir. Həmin layihədə metronun əlçatanlığının və xidmət keyfiyyətinin artırılması üçün 9 yeni stansiyanın inşası, eləcə də mövcud infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur. Aparılan işlər şəxsi avtomobil istifadəsindən ictimai nəqliyyata keçidi təşviq etmək məqsədi daşıyır. Bu da insanların yola sərf etdikləri vaxtı azaltmağa kömək edəcək və şəhərin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək”, – deyə nazir Rəşad Nəbiyev qeyd edib.
“Bu Anlaşma Memorandumu daha yaşıl və dayanıqlı Bakı ilə bağlı ümumi baxışımızın həyata keçirilməsi istiqamətində atdığımız əsas addımdır. Avropa İnvestisiya Bankı istixana effektli qaz tullantılarının azaldılması və şəhərdə ictimai nəqliyyatın keyfiyyətinin yaxşılaşdırılmasını təmin edəcək investisiya layihəsinin hazırlanması və təkmilləşdirilməsi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dəstək göstərəcək”, – deyə AİB-nin vitse-prezidenti Teresa Çervinska vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
3 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
