"Mərkəzi Bank olaraq Yol Xəritəsinin həyata keçirilməsində fəal mövqedə qərarlaşmağı nəzərdə tutmuşuq"
Azərbaycan Mərkəzi Bankı və BMK COP29 çərçivəsində Maliyyə, İnvestisiya və Ticarət Günündə tədbir təşkil edib
Azərbaycan Respublikasının Mərkəzi Bankı Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsi (DBMŞ), Dayanıqlı Maliyyə üzrə Beynəlxalq Platforma (DMBP), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) tərəfdaşlığı və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının Maliyyə Təşəbbüsünün (BMTƏMP MT) dəstəyi ilə “Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına dair Yol Xəritəsi”ni təqdim edib. Yol Xəritəsi rəsmi olaraq COP29 çərçivəsində Maliyyə, İnvestisiya və Ticarət Günündə Mərkəzi Bank və BMK tərəfindən təşkil olunmuş “Dünya üzrə dayanıqlı maliyyənin inkişafı: Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyi üzrə Yol Xəritəsi” adlı mühüm tədbirdə elan olunub.
“Biz, Mərkəzi Bank olaraq Yol Xəritəsinin həyata keçirilməsində fəal mövqedə qərarlaşmağı nəzərdə tutmuşuq. Bu mühüm təşəbbüsdə icra prosesinə və inkişafa nəzarət etməkdə qərarlıyıq. Strateji tərəfdaşlarımızla birlikdə Yol Xəritəsinin həyata keçirilməsi üçün qüvvələrimizi cəmləyəcəyik”, - deyə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov vurğulayıb.
Yol Xəritəsi Paris Sazişinin iqlim məqsədlərinə uyğunlaşdırılmış dayanıqlı maliyyəyə qlobal yanaşmanın aktuallığından irəli gəlir. O, dayanıqlı maliyyə taksonomiyalarının transsərhəd uyğunluğunu artırmaqda, eləcə də kapitalı əhəmiyyətli ekoloji və sosial təsirə malik layihələrə yönəltməkdə vacib hesab olunan alətlər üçün çərçivəni təmin edir.
“Yaşıl taksonomiyaların uyğunlaşdırılması dayanıqlı maliyyə üçün daha səmərəli qlobal bazar yaradacaq, kapitalın ən çox ehtiyac duyulan yerə yönəldilməsinə imkan verəcək və həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan bazarlara fayda verəcək. BMK və DBMŞ Katibliyi bu missiyaya tam sadiqdir”, - deyə BMK-nın icraçı direktoru Maxtar Diop bildirib.
Tədbirdə “Financial Times”ın İqlim məsələləri üzrə redaktoru Emilya Miçasukun moderatorluq etdiyi panel müzakirəsi müxtəlif yurisdiksiyalarda dayanıqlı maliyyə taksonomiyalarının sürətli təkamülünə və bazarda fraqmentasiyasının qarşısının alınmasında vahid standartların əhəmiyyətinə diqqət yetirib.
Müzakirə panelində BMT İP-nin Ərəb Dövlətləri üzrə Regional Bürosunun direktoru və baş katibin köməkçi Abdalla əl-Dardari, Avropa Komissiyasının İqlim Fəaliyyəti üzrə Baş İdarəsinin baş direktorunun müavini Yan Dusik, BMTƏMP MT-nin rəhbəri Erik Aşer, “Raiffeisen Bank International”da Dayanıqlı maliyyə mövzusunun rəhbəri Vera Ekonomu, İqlim Bondları Təşəbbüsünün həmtəsisçisi və baş icraçı direktoru Şon Kidni koordinasiya olunmuş fəaliyyətlərin şəffaflıq, uyğunluq və davamlı təşəbbüslərə sürətli kapital axınını necə təşviq edə biləcəyini ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda BMK-nın Avropa, Latın Amerikası və Karib hövzəsi regionu üzrə vitse-prezidenti və DBMŞ-in sədri Alfonso Qarsiya Mora da iqlim dəyişikliyinə qarşı fəaliyyətin gücləndirilməsi çağırışı ilə çıxış edib.
Qeyd edək ki, Yol Xəritəsi qarşılıqlı fəaliyyətin sadələşdirilməsi üçün üç əsas elementi təsvir edir:
1. Əsas Taksonomiya fəaliyyətlərinin müəyyənləşdirilməsi: Ortaq təsnifat sistemi ilə inkişaf etməkdə olan bazarlar və inkişaf etməkdə olan iqtisadiyyatlar üçün əsas sektorların və fəaliyyətlərin müəyyən edilməsi
2. Ardıcıl uyğunlaşma üçün texniki yanaşmalar: Ekoloji, sosial və idarəetmə (ESİ) təlimatları daxil olmaqla, Taksonomiya prinsipləri üçün standartlaşdırılmış uyğunlaşma yanaşmalarının yaradılması
3. Keçid maliyyəsinin dəstəklənməsi: Yüksək emissiyalı sektorlarda dekarbonizasiya və dayanıqlılığı təmin edən keçid fəaliyyətləri üçün təlimatların müəyyən edilməsi
Yol Xəritəsi dayanıqlı maliyyə taksonomiyalarında qlobal uyğunlaşmanın və qarşılıqlı fəaliyyətin genişləndirilməsi ilə iqlim fəaliyyəti üçün kapitalın səmərəli şəkildə səfərbər olunması istiqamətində Bakıdan dünyaya mühüm bir mesaj çatdırır.
“Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına dair Yol Xəritəsi” ilə tanış olmaq üçün bu linkə daxil olun: Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına dair Yol Xəritəsi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
3 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
