Azərbaycan İnvestisiya Şirkəti yeni razılaşmalar imzaladı
Azərbaycan İnvestisiya Şirkəti COP29 çərçivəsində yaşıl iqtisadiyyata töhfə verən layihələrə dair razılaşmalar imzalayıb.Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ölkəmizdə keçirilən COP29 çərçivəsində ölkənin yaşıl iqtisadiyyatının gücləndirilməsinə töhfə verən layihələrin həyata keçirilməsi məqsədilə xarici tərəfdaşlarla mühüm razılaşmalar imzalayıb. Razılaşmalar dayanıqlı inkişaf və innovasiyaların təşviqinə yönəlib.
Plastik və Şüşə Qabların Depozit İdarəetmə Sistemi layihəsi
COP29 çərçivəsində AİŞ ilə Türkiyənin “Dias Bilişim ve Teknoloji Hizmetleri A.Ş.” şirkəti arasında “Depozit İdarəetmə Sistemi” layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıq Azərbaycanda plastik və şüşə qabların toplanması və Depozit İdarəetmə Sisteminin təşkilini əhatə edəcək. Layihə təkrar emalı stimullaşdırmaq və dairəvi iqtisadiyyata töhfə vermək məqsədi daşıyır. Depozit İdarəetmə Sisteminin tətbiqi ilə Azərbaycanda təkrar emal potensialının əhəmiyyətli dərəcədə artırılması gözlənilir.
Karbon texnologiyalarının inkişafına dair layihə
İkinci Anlaşma Memorandumu AİŞ-lə Böyük Britaniyanın “Carbonbit Technologies” şirkəti arasında karbon texnologiyalarının inkişafı və kommersiyalaşdırılması sahəsində birgə iş məqsədilə imzalanıb. Layihə Azərbaycanda karbon texnologiyalarının inkişafını hədəfləyir. Müasir karbontutma həllərinə investisiya yatırmaqla Azərbaycan karbon emissiyalarını azaltmağa və iqlim dəyişmələrinə qarşı mübarizəyə töhfələri artıracaq.
Enerji batareyası istehsalı üzrə layihə
Üçüncü Anlaşma Memorandumu Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və bp-nin törəmə şirkəti “Volts” ilə imzalanıb. Sənəd Azərbaycanda enerji batareyası istehsalı müəssisəsinin yaradılmasına dəstək verilməsini nəzərdə tutur. Bu təşəbbüs ölkənin təmiz enerjiyə keçidini gücləndirmək baxımından önəmli addımdır.
Piroliz yağının istehsalı üzrə layihə
Azərbaycan İnvestisiya Şirkəti, “SOCAR Downstream” və “Technip Energies Italy S.P.A (TEN)” tərəfindən yaradılmış “Ecostar” MMC-nin nizamnaməsi imzalanıb.
“Ecostar” MMC “Alterra” piroliz texnologiyasına əsaslanan “Tullantıların monetizasiyası” layihəsinə dair ön mühəndislik layihələndirməsi (FEED) həyata keçirəcək və plastik tullantı materiallarından istifadə etməklə piroliz yağı istehsal edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)



