Nazir: Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür
Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür.
Bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Əgər 2020-ci ildə ölkədə hər 36 şagirdə bir kompüter düşürdüsə, hazırda hər 9 şagirdə 1 kompüter düşür. 2026-cı ilin sonuna isə bu nisbətin hər 6 şagirdə 1 kompüter olması hədəflənir. Eyni zamanda dövlət investisiya xərcləri hesabına son illərdə məktəblərin fiberoptik yüksək sürətli şəbəkəyə qoşulması da həyata keçirilməkdədir. Əgər 2020-ci ildə fiveroptik internetə qoşulmuş müəssisələrin sayı 378 təşkil edirdisə, hazırda 1737 müəssisə fiberoptik internetə qoşulub. Hazırda təhsil sahəsində göstərilən xidmətlərin rəqəmsallaşdırılması və məlumat bazalarının təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilir”, - deyə nazir Emin Əmrullayev vurğulayıb.
Nazir bildirib ki, istedadlı uşaqlarla iş çərçivəsində də bölgələrdə də iş aparılır: “Ölkə daxilində istedadlı şagirdlərin aşkar olunması üçün müsabiqələr təşkil edir. Növbəti ildə 10 ümumtəhsil müəssisə pilot qaydada adambaşına maliyyələşməyə keçəcək. Peşə təhsilində keyfiyyətin artırılması üzrə planların icrası davam edir. 72 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir. Peşə təhsil müəssisələrində qəbul 60 % artıb. Peşə təhsili müəssisələrində 7000 tələbəni əhatə edən 8 peşə təhsil müəssisəsində adambaşına maliyyələşmə tətbiq edilir. Ali təhsilin əhatəliliyini və keyfiyyətinin artırılması üçün cari ildə bir sıra qərarlar qəbul edilib".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
1 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
10 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
22 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 26 d. əvvəl
-
27 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
55 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti




























