Regionda vençur kapitalı və innovasiyaların inkişafı üçün yeni dövr
3 sentyabr 2024-cü ildə regionun innovasiya ekosistemində əlamətdar bir hadisə baş verdi – Türk və Avrasiya Vençur Kapitalı və Özəl İnvestisiyalar Assosiasiyasının (TEVCA) rəsmi açılışı keçirildi. 10 oktyabr 2024-cü il tarixində isə TEVCA-nın növbəti görüşü INMerge Innovation Summit çərçivəsində baş tutub.
TEVCA sahibkarlar və investorların maraqlarını təmsil edərək, regionda "Özəl kapital və startapların səsi" olmağı hədəfləyir.
Assosiasiyanın təsisçiləri arasında SABAH.fund, Caucasus Ventures (Azərbaycan), 500 Global in Eurasia (Gürcüstan), MOST Ventures, White Hill Capital (Qazaxıstan), Accelerate Prosperity, AdVentures (Qırğızıstan), Exponential Zaisan Partners, KITE Mongolia (Monqolustan), 212, The New Rising (Türkiyə), Sturgeon Capital (Böyük Britaniya), AloqaVentures və UzVC (Özbəkistan) yer alır. Bununla yanaşı, müxtəlif ölkələrdən texnoparklar da Assosiasiyanın tərkibindədir.
Assosiasiya Qərb və Şərq arasında strateji "İpək Yolu"nu təmsil edən ekosistemlərdə bilik mübadiləsi, işgüzar əlaqələrin qurulması və dayanıqlı təcrübələrin tətbiqi üçün platforma rolunu oynayır. Əsas fəaliyyət istiqamətləri icma formalaşdırılması, ideya və layihə mübadiləsi, siyasət tövsiyələrinin hazırlanması, eləcə də təhsil və inkişafı əhatə edir.
İştirakçılar regionda innovasiyaların, vençur kapitalının və startap ekosistemlərinin inkişafı üçün əməkdaşlığın vacibliyini vurğuladılar. Xüsusilə, birgə investisiya və sövdələşmə axınının mübadiləsi imkanlarına diqqət yetirildi ki, bu da həm startaplar, həm də investorlar üçün böyük fayda təmin edəcək.
Fəaliyyətin əsas istiqamətlərindən biri regionda getdikcə daha geniş tətbiq olunan ESİ (Ekoloji, Sosial, İdarəetmə) standartlarının dəstəklənməsidir. Bu standartlar dayanıqlı inkişaf və ekoloji standartlar məsələlərini də əhatə edir ki, bu da COP29 zamanı əsas müzakirə mövzularından biri olmuş və region üçün mühüm əhəmiyyət kəsb etməyə davam edir. Tədbir zamanı ətraf mühitin mühafizəsi ilə bağlı mövzular əsas prioritetlərdən biri kimi vurğulanmışdır.
TEVCA-nın əsas məqsədi innovasiya ekosistemini təkmilləşdirmək üçün problemləri müəyyənləşdirərək həll yolları yaratmaq, həmçinin vençur kapitalı və özəl investisiyaları dəstəkləyən platforma kimi çıxış etməkdir. Assosiasiya regionu investorlar və bizneslər üçün rəqabətədavamlı və cəlbedici etmək niyyətindədir.
Tədbirdə TEVCA-nın missiyası və region üçün əhəmiyyəti təqdim edildi. Sessiya SABAH.fund-ın həmtəsisçiləri və tərəfdaşları Abbas Kazmi və Rəhim Bayramlının çıxışları ilə başladı. Tədbirdə, həmçinin, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktor müavini Yasin Cəlilov Assosiasiyanın fəaliyyəti və potensialına olan marağını ifadə etdi.
Görüşün ən əhəmiyyətli hissələrindən biri region ölkələrini birləşdirəcək, maliyyə resurslarını artıracaq və startapların inkişafını dəstəkləyəcək regional "Fund of Funds"ın yaradılması təklifi oldu. TEVCA regionu vençur kapitalı üçün qlobal bazarda aparıcı mövqeyə gətirməyi, texnologiyaların inkişafına, iş yerlərinin yaradılmasına və insan kapitalının gücləndirilməsinə töhfə verməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
19 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
















.jpg)



.jpg)


