Azərbaycanın milli ödəniş sistemi infrastrukturunda 606 milyard manatlıq dövriyyə!
Son 3 il ərzində milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi 3.6 dəfə artaraq cari ilin ilk 10 ayında 606 mlrd. manat təşkil etmişdir.
"Bank sektorunun cari vəziyyəti və inkişaf trendləri də bununla bir tandem təşkil etməkdədir. İlk olaraq, sektorun kəmiyyət və keyfiyyət göstəricilərinə toxunmaq istərdim. Bankların aktivlərinin həcmi 2024-cü ilin oktyabr ayının sonuna 49.7 mlrd. manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7.7% çoxdur. Kredit portfelindəki artım isə bu tempi 3 dəfəyə yaxın ötərək 20.6% təşkil etmiş və ümumilikdə portfelin həcmi 27.1 mlrd. manat səviyyəsinə yüksəlmişdir. O cümlədən, biznes kreditləri 19.4%-lik artımla 14.6 mlrd. manat həcminə çatmışdır. Dövlət fondları nəzərə alınmadan, yalnız bankların vəsaiti hesabına real sektora verilmiş kreditlərinin həcmindəki artım isə ümumi kredit portfelindəki atımı da üstələyərək 21% olmuşdur".
Marja.az xəbər verir ki, bunu, Bakıda VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov bildirib.
Xəlilov qeyd edib ki, depozit portfeli isə təqribən 4%-lik artım ilə 34.4 mlrd. manat səviyyəsinə çatmışdır. Buna müqabil, fiziki şəxslərin müddətli depozitlərinin həcmi 26% artaraq, 8.3 mlrd. manat səviyyəsinə çatmışdır. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı isə 34% təşkil etməkdədir və ötən ilin eyni dövrü ilə müqayisədə 1.8 faiz bəndi azalmışdır.
Vurğulamaq istədiyim digər bir keyfiyyət göstəricisi isə ödəniş vaxtı keçən borclarla bağlıdır. Belə ki, cari ilin oktyabr ayının sonuna vaxtı keçmiş kreditlərin cəmi portfeldəki payı isə cəmi 1.7% təşkil etməkdədir.
Bank sektorunun cəmi balans kapitalının həcmi isə 9% artaraq 6.4 mlrd. manat səviyyəsinə yüksəlmişdir.
Sektorun cari ilin 10 ayı ərzində əldə etdiyi faiz gəliri 3.2 mlrd. manat, mənfəətin həcmi isə 913.7 mln. manat təşkil etməkdədir.
Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılığa təsir edən prioritet faktorlardan biri də rəqəmsal ödəniş ekosisteminin rəqabətədavamlı fəaliyyətinin təmin edilməsi və mütəmadi əsasda inkişaf etdirilməsidir. Həyata keçirilən islahatlar nəticəsində son 3 il ərzində milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi 3.6 dəfə artaraq cari ilin ilk 10 ayında 606 mlrd. manat təşkil etmişdir. Cari ildə ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının 63.8%-i nağdsız formada həyata keçirilmişdir.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
21 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
14 d. əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
-
19 d. əvvəl
"Müştəri gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirə bilər"
-
1 saat əvvəl
Ramada brendinin Gəncədəki yeganə oteli fəaliyyətini yenidən bərpa edir
-
1 saat əvvəl
Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib
-
2 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti

BVF: Qlobal borcun dünya ÜDM-nə nisbəti 235%-i keçib

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Fed-in faiz endirimi və bazarlara təsiri: Analitik baxışı

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
