Qlobal elektrik avtomobil satışları yenidən rekord qırıb
Böyük Britaniyanın araşdırma şirkəti "Rho Motion "tərəfindən açıqlanan elektrik avtomobil satışları ilə bağlı noyabr ayı məlumatlarına görə, dünyada elektrikli avtomobil satışları noyabr ayında bir əvvəlki aya görə 100 mindən çox artıb. Bu artımla, qlobal elektrikli avtomobil satışları noyabr ayında 1,83 milyona çataraq, ardıcıl üçüncü dəfə satış rekordunu qırıb. Belə ki, elektrik avtomobil satışları noyabrda illik 32 faiz, aylıq 6 faiz artıb.Bazar araşdırması firması "Rho Motion"un məlumatına görə, tam elektrik və plug-in hibrid avtomobillərin qlobal satışları noyabr ayında ardıcıl yeddinci ay artaraq və ardıcıl üçüncü dəfə rekord qıraraq illik 32 faizlik artıma çatıb.
Marja xəbər verir ki, ay ərzində elektrikli avtomobillərin 70%-i Çində satılıb. Çin satış artımına liderlik etməyə davam edir, Avropada isə satışlar azalıb.
Noyabrda tam elektrik və ya plug-in hibrid olan elektrik avtomobillərinin qlobal satışları illik müqayisədə 32,3 faiz artaraq 1,83 milyon ədədə çatıb. Çində satışlar 50 faiz artaraq 1,27 milyon avtomobil təşkil edib. ABŞ və Kanadada elektrikli avtomobil satışları 16,8 faiz artaraq 0,17 milyon ədəd (170 min ədəd), Avropada isə illik müqayisədə bir qədər azalaraq, oktyabr ayı ilə müqayisədə 7,7 faiz artaraq 0,28 milyon ədəd (280 min ədəd) təşkil edib. Dünyanın qalan hissəsində satışlar 2023-cü ilin noyabr ayı ilə müqayisədə sabit qalıb.
"Rho Motion"ın məlumat meneceri Çarlz Lester "Reuters"ə verdiyi açıqlamada, "Çin mütləq gözləntilərə uyğundur" deyib və əlavə edib ki, hökumət təşviqləri elektrikli avtomobil satışlarını daha da artırıb.
Yanvar-noyabr dövründə dünyada satışlar 25 faiz, Çində isə 40 faiz artıb
2024-cü ilin yanvar-noyabr aylarında dünyada satılan elektrik avtomobillərinin sayı 15,2 milyona çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə satışlar 25 faiz artıb.
Bu dövrdə ümumi satışın 9,7 milyonu Çində həyata keçirilib. Çində elektrikli avtomobil satışları bu dövrdə illik müqayisədə 40 faiz artıb.
Yanvar-noyabr dövründə Avropa Birliyi və Böyük Britaniyada 2,7 milyon elektrikli avtomobil satışı qeydə alınıb, bu bölgələrdəki satışlar illik 3 azalıb.
ABŞ və Kanadada sözügedən dövrdə 1,6 milyon elektrikli avtomobil satılıb və satışlar illik müqayisədə 10 faiz artıb.
Qalan 1,1 milyon elektrik avtomobili dünyanın qalan hissəsində satılıb.
Dünyada elektrikli avtomobil satışı sentyabrda 1,7 milyon ədəd, oktyabrda isə 1,72 milyon ədəd olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





