Azərbaycanda 65 mindən çox kommersiya qurumunun vəziyyəti qeyri-aktivdir
Dekabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 188 min 877 vahid təşkil edib. Dövlət qeydiyyatında olan 123 min 682 kommersiya qurumunun vəziyyəti aktiv, 65 min 195 kommersiya qurumunun vəziyyəti qeyri-aktiv olub.2024-cü ilin dekabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 590 min 659 vergi ödəyicisinin 87,1 faizi fiziki şəxslər, 12,9 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,3 faiz, hüquqi şəxslərin sayı 7,2 faiz artıb.
Dekabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 188 min 877 vahid təşkil edib və ötən ilin eyni dövrünə nisbətən 7,9 faiz artıb.
2024-cü ilin yanvar-noyabr aylarında 12 min 907 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,2 faiz-i yerli investisiyalı, 10,8 faizi xarici investisiyalı müəssisələrdir. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 93,6 faiz təşkil edib. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 10 min 713-ü elektron qaydada qeydiyyatdan keçib, onlardan 8 min 677-si Asan İmza ilə, 1995-i “FİN kod + mobil nömrə” üsulu ilə, 41-i isə “SİMA” rəqəmsal imza vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb.
Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 39 min 847 vahid təşkil edərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,4 faizi MMC, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan 123 min 682 kommersiya qurumunun vəziyyəti aktiv, 65 min 195 kommersiya qurumunun vəziyyəti qeyri-aktiv olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 10,9 faiz artıb.
Naxçıvanda vergi ödəyicilərinin sayı 13,3 faiz artıb
2024-cü ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 6 min 253 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Onların 5 min 983-ü fiziki şəxslər, 270-i isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz artıb.
Bu ilin 11 ayı ərzində kommersiya qurumlarının 81,8 faizi elektron qaydada, 18,2 faizi isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyata alınıb.a
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
9 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
11 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)



