Rekord yeniləndi: ADY ilk dəfə 8 milyonuncu sərnişini daşıdı
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişindaşıma xidmətində bu il də rekord göstərici qeydə alınıb. Belə ki, ötən il olduğu kimi, bu il də nəzərdə tutulmuş hədəf aşılaraq ilk dəfə il ərzində 8 milyon sərnişin daşınıb.
QSC-nin yaydığı məlumatda bildirilir ki, son illər ADY-də aparılan islahatlar sayəsində sərnişindaşıma göstəricilərində yüksək artım tempi müşahidə olunur. Belə ki, dəmir yolları ilə ölkə daxilində daşınmış sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7,1 milyon nəfər təşkil edib.
2024-cü ildə yeni “Stadler” qatarlarının istismara verilməsi nəticəsində Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin gün ərzində 2 dəfə artırılması, Ləki və Ucara dayanacaq verilməsi, həftəsonları və bayram günlərində rayonlararası istiqamətlərə əlavə reyslərin təyin olunması, həmçinin Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət qrafikinin optimallaşdırılması bu il sərnişindaşımada rekord göstəricinin yenilənməsinə imkan yaradıb.
ADY-nin Sərnişin daşımaları departamentinin nümayəndələri 8 milyonuncu sərnişin olan 4 yaşlı Dəniz Məmmədlini və valideyni Aydan Məmmədlini təbrik edərək rayonlararası istiqamətlərə birinci sinif üzrə gediş-dönüş bileti və xatirə hədiyyələri təqdim ediblər.
8 milyonuncu sərnişinimizin valideyni Aydan Məmmədli xüsusi diqqətə görə təşəkkür edərək ADY-nin sürətli sərnişin qatarları ilə daim səfər etdiklərini və rahat, təhlükəsiz səyahətdən zövq aldıqlarını bildirib.
ADY sərnişinlərin rahat və təhlükəsiz daşınmasını səmərəli şəkildə təşkil edir, xidmət keyfiyyətini yüksəldir, qatar personalının bilik və bacarıqlarının müasir standartlara uyğun olaraq artırılmasını uğurla həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




