Kakaonun qiyməti 13 min dollara yaxınlaşıb
Bir ton kakaonun qiyməti 12 min 931 dollarla tarixi pik həddinə çatıb. İlin əvvəlindən kakaonun qiyməti 200 faizdən çox artıb.Donald Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsindən sonra əmtəə bazarında kəskin dalğalanmalar davam edir. Bu kəskin dalğalanmalar daha çox kənd təsərrüfatı əmtəələrinin qiymətlərində müşahidə olunur. Həmçinin iqlim və hava şəraiti əmtəə bazarında kənd təsərrüfatı qrupunda ticarət edilən məhsulların qiymətlərində kəskin dəyişikliklərə səbəb olur.
Marja xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən Qitələrarası Birjada (Intercontinental Exchange) 1 yon kakaonun qiyməti 12 min 931 dollara çataraq tarixi ən yüksək səviyyəsinə çatıb. İlin əvvəlindən kakaonun qiyməti 200 faizdən çox artıb.
Kakao qiymətləri tədarük narahatlığına görə rekord qırır.
Əlverişsiz hava şəraitinin Qərbi Afrikadakı məhsullar üçün təhlükə yaratması və qlobal ehtiyatların azalması səbəbindən kakao qiymətlərində artım davam edir.
Analitiklərin fikrincə, qlobal kakao ehtiyatları kəsirə düşə bilər.
Fil Dişi Sahili və Qanadakı zəif istehsal səbəbiylə il boyu tədarüklə bağlı narahatlıqlar kakao qiymətlərinin rekordlar qırmasında mühüm rol oynayıb. Analitiklər qlobal kakao ehtiyatlarının 2024/25 mövsümündə defisit olacağını proqnozlaşdırırlar.
Fil Dişi Sahilindəki ixracatçıların keyfiyyətsizliyə görə kakao paxlasını rədd etdiyi bildirilir, bu vəziyyətin qlobal kakao tədarükünə mənfi təsir göstərə biləcəyi təxmin edilir.
Ölkədə kakao məhsulunun azalması da qiymətlərin artmasına səbəb olur.
Kakao tədarükündəki problemlərin əsas səbəbi uzunmüddətli quraqlıq və güclü yağış kimi pis hava şəraiti olsa da, bitki xəstəlikləri də məhsula mənfi təsir edib. Xüsusilə, kakao ağaclarının ölümünə səbəb olan CSSVD virusu istehsala mənfi təsir göstərən amillər arasında olub.
Qərbi Afrikada başlayan Harmattan küləklərindən sonra Fil Dişi Sahilində kakao tədarükünün azalması, kakao yığımı üçün təhlükə yaratması və az miqdarda məhsulun çatdırılma üçün limanlara gəlməsi bu məhsulun qiymətlərinin artmasına qapı açıb.
Qiymət artımına səbəb olan digər faktor isə Qananın məhsulun pis olması səbəbindən 350 min tona qədər kakao paxlasının tədarükünü növbəti mövsümə təxirə salmağı planlaşdırdığı xəbəri olub.
Qlobal iqlim dəyişikliyinin yaratdığı əlverişsiz hava şəraiti, bitki xəstəlikləri və kakao təsərrüfatlarını əvəz edən qeyri-qanuni qızıl hasilatı səbəbindən ölkədə kakao istehsalı azalır.
Qanalı fermerlərin qaçaqmalçılıq yolu ilə qonşu ölkələrə kakao paxlasını apararaq orada daha yüksək gəlir əldə etmək üçün satması ilə bağlı iddialar da qiymətlərin kəskin artmasına dəstək verir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
“Asel Kredit” BOKT 2025-ci ili 3 milyon 371 min manat xalis zərər ilə başa vurub
-
- 14 d. əvvəl
- 15 d. əvvəl
- 27 d. əvvəl
-
28 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neftin qiyməti ABŞ-İran razılaşmasına dair bədbinlik və yeni hücumların təsiri ilə yüksəlməkdə davam edib
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL















.jpg)





