Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Dünya Bankı Çinin iqtisadi artım proqnozlarını yüksəldib

Bu gün açıqlanan yeniləməyə əsasən, Çinin iqtisadi artımı 2024-cü ildə 4,9 faiz, 2025-ci ildə isə 4,5 faiz səviyyəsində proqnozlaşdırılır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya Bankı Çinin iqtisadi artım proqnozlarını yüksəldib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya Bankı, Çinin 2024-cü və 2025-ci illər üzrə ümumi daxili məhsul (ÜDM) artımı proqnozlarını yeniləyib. Buna səbəblər olaraq siyasətin yumşaldılması və ixracın güclənməsi göstərilib. 

Marja.az xəbər verir ki, Dünya Bankı bugünkü bəyanatında Çinin ÜDM artımının 2024-cü ildə 4,9 faiz olacağını gözlədiyini bildirib. Bank bundan əvvəl Çin iqtisadiyyatının 4,8 faiz artacağını proqnozşladırırdı.

Reklam_3_11

Dünya Bankı 2025-ci ildə ölkədə iqtisadi artımın 4,5 faizə düşəcəyini gözləyir. Bu nisbət təşkilatın əvvəlki 4,1 faiz proqnozundan yüksəkdir.

Çoxsaylı çətinliklərə baxmayaraq, Çində iqtisadi artım qalır. Lakin daxili tələbatın azalması və əmlak sektorunda uzunmüddətli tənəzzül nəticəsində 2024-cü ilin ikinci rübündən bəri artım zəifləyib. Hökumət daxili tələbatı canlandırmaq üçün stimullar təmin etmişdir. 

26.12.2024 14:19
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18