"AZAL-ın təyyarəsi Qroznı yaxınlığında Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub"
Araşdırmanın ilkin nəticələrinə əsasən, müəyyən edilib ki, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb.
Bu barədə "Euronews" məlumat yayıb.
Məlumata görə, Azərbaycan hökumət mənbələri “Euronews”a təsdiq edib ki, Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau şəhərində qəzaya uğramasının səbəbi Rusiyanın zenit raketidir.
Həmin mənbələrə əsasən, raket Qroznı üzərində pilotsuz uçuş aparatlarının aktivliyi zamanı 8432 saylı reysi yerinə yetirən təyyarəyə atılıb və onun qəlpələri təyyarənin yaxınlığında havada partlayaraq sərnişinlərə və ekipaj üzvlərinə zərər yetirib.
Hökumət mənbələri həmçinin bildirib ki, zərər görmüş təyyarənin pilotlarının məcburi eniş üçün etdiyi sorğulara baxmayaraq, Rusiya hava limanlarında təyyarəyə eniş icazəsi verilməyib. Əksinə, ekipaja Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhərinə uçmaları əmr olunub.
Məlumata görə, təyyarənin GPS naviqasiyası dəniz üzərindəki bütün marşrut boyunca bloklanıb.
Qeyd edək ki, təyyarə qəzasının baş verdiyi gün Qroznıya dron hücumu olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)









