Tesla-nın bazar dəyəri bütün avtomobil şirkətlərinin bazar dəyərinə çatır
1,4 trilyon dollara yaxınlaşan bazar dəyəri ilə Tesla qlobal avtomobil sənayesindəki bütün digər böyük şirkətlərin ümumi dəyərinə çatır. Tesla-nın bazar dəyəri təxminən 1,40 trilyon dollar, digər 51 avtomobil istehsalçısının bazar dəyəri də təxminən 1,40 trilyon dollardır.
Bazar dəyəri bir milyard dollardan çox olan 52 avtomobil istehsalçısının məlumatlarından toplanan məlumata görə, bu şirkətlərin ümumi bazar dəyəri təxminən 2,82 trilyon dollardır.
Marja.az xəbər verir ki, siyahıda 1.38 trilyon dollarlıq bazar dəyəri ilə ABŞ-ın Tesla şirkəti 1-ci yerdə qərarlaşıb.
Beləliklə, elektrik avtomobilləri sahəsində qabaqcıl olan Tesla şirkəti bu bazar dəyəri ilə qlobal avtomobil sənayesindəki digər 51 böyük istehsalçının ümumi bazar dəyərinə yaxınlaşıb.
Bazar dəyəri üzrə Tesla-ya ən yaxın şirkət Yaponiyanın Toyota markası olub. Toyota-nın bazar dəyəri təxminən 237,6 milyard dollardır.
Siyahıda üçüncü yeri 110,7 milyard dollar bazar dəyəri ilə Çinin BYD, dördüncü yeri 102,5 milyard dollarla Xiaomi, beşinci yeri isə 77 milyard dollarla İtalyan Ferrari şirkəti tutur.
ABŞ-da yerləşən General Motors 57,8 milyard dollar bazar dəyəri ilə altıncı, Almananiya şirkəti Porsche 55 milyard dollarla yeddinci, Mercedes-Benz isə 52,8 milyard dollarla səkkizinci yerdədir.
BMW və Volkswagen müvafiq olaraq 49,1 və 45,4 milyard dollar bazar dəyəri ilə dünyanın ən yaxşı 10 avtomobil istehsalçısı arasındadır.
Tesla istisna olmaqla bu 9 böyük şirkətin ümumi bazar dəyəri 788 milyard dollardır.
Bazar dəyəri bir milyard dollardan çox olan digər avtomobil istehsalçılarına Honda, Hindistanda yerləşən Mahindra&Mahindra, Maruti Suzuki, Ford, Stellantis, Hyundai, Tata Motors, SAIC Motor, Kia və Seres Group (Çin) kimi şirkətlər daxildir.
Digər tərəfdən, şirkətlərin bazar dəyəri və avtomobil satışları ilə bağlı reytinqləri çox dəyişir.
ABŞ-da yerləşən F&I Tools şirkətinin məlumatlarına görə, Toyota 10,3 milyon ədədlə keçən il dünyada ən çox avtomobil satan şirkətlər arasında birinci yerdədir.
Keçən il 9,2 milyon ədəd satış ilə 2-ci yerdə olan Volkswagen-in ardınca 7,3 milyon satışla Hyundai-Kia, 6,4 milyon satışla Stellantis Group, 6,2 milyon satışla General Motors, 4,4 milyon satışla Ford, 4,2 milyon satışla Honda, 3,4 milyon satışla Nissan və 2,6 milyon satışla BMW gəlir.
2023-cü ilin sonuna Tesla-nın ümumi satışları 1,81 milyon təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 7 saat əvvəl
-
7 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
7 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
8 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 8 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
