Keyfiyyətinə görə dünyada İtaliya mərməri ilə müqayisə olunan Daşkəsən mərməri
Sahibkar: “Karxanamızda çıxardığımız xammala yerli bazarda tələbat olduqca yüksəkdir. Buradan çıxarılan məhsul sifariş əsasında yerli istehsal müəssisələrinə göndərilir”
Daşkəsən rayonu tarixən filiz yataqları ilə yanaşı, qeyri-filiz yataqları ilə də zəngin olub. Burada çıxarılan mərmər dünyada tanınmış İtaliya mərməri ilə müqayisə edilib. Bu gün də Daşkəsən mərmərinə keyfiyyətinə görə yerli və xarici bazarlarda maraq var.
Bölgə müxbiri Daşkəsən dağlarında yerləşən mərmər karxanalarında olub, mərmərin çıxarılması prosesini müşahidə edib.
Karxananın baş ustası Habil Qasımov dağın xüsusi texnika ilə kəsilərək, mərmər daşların istehsal edildiyini deyib: “20 ilə yaxındır ki, mərmər karxanalarında çalışıram, olduqca mürəkkəb və çətin işdir. Əvvəlcə xüsusi texnikalar vasitəsilə yatağın ehtiyatları dəqiqləşdirilir. Sonra xüsusi ağır texnikalar vasitəsi ilə xammal kəsilərək çıxarılır. Hazırda bizim işlədiyimiz karxanadakı ağ mərmərdir. Təbii ki, digər karxanalarda mərmərin başqa rənglərdə olan növlərini də çıxarırlar”.
Karxanalardan çıxarılan xammal yerli istehsal müəssisələrinə göndərilir. Burada istehsal edilən mərmərdən qəbirüstü abidələrin, abidə və heykəllərin, barelyeflərin və s. işlərin hazırlanmasında istifadə olunur.
“Karxanamızda çıxardığımız xammala yerli bazarda tələbat olduqca yüksəkdir. Təbii ki, bu tələbatın daim olması üçün keyfiyyətli xammal çıxarmağa çalışırıq. Buradan çıxarılan məhsul sifariş əsasında yerli istehsal müəssisələrinə göndərilir”, - deyə sahibkar Sərxan Abdullayev deyib.
Sahibkar bildirib ki, hələ uzun illər Daşkəsən mərməri yerli bazarda liderliyini qoruyacaq. Gələcək hədəflər arasında isə dünya bazarına çıxmaq da var.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 4 saat əvvəl
-
4 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
4 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
4 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 5 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
