Ziraat Bank Azərbaycan 10-cu ilini qeyd edir
(®) Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir, bankın 10 illiyi ilə bağlı Türkiyə Respublikasının rəsmi xəbər agentliyi olan Anadolu Agentliyi və TRT AVAZ kanalının müxbirlərinə müsahibə verib.
Müsahibə zamanı o, Ziraat Bank Azərbaycanın ölkə bankları arasında ilk 10-luqda daimi yer almağı əsas hədəflərindən biri kimi vurğulayıb.
Dr. Selçuk Demir öz müsahibəsində bankın Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində təqdim edilmiş lisenziya əsasında fəaliyyətə başladığını bildirib. Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri, bankın 10 il ərzində gördüyü işlər və gələcək məqsədləri haqqında danışıb. O, bankın yaradıldığı gündən etibarən Azərbaycanın ticarət, istehsal, kənd təsərrüfatı və digər stratejı sahələrinə dəstək verdiyini, bu gün isə artıq bütün müştəri seqmentlərinə xidmət göstərə biləcək səviyyəyə çatdığını vurğulayıb. Bankın əsas hədəflərindən birinin korporativ, kiçik və orta sahibkarlıq, mikro və fərdi müştəri seqmetlərinin Ziraat Bank Azərbaycanın təqdim etdiyi imkanlardan faydalanmasını təmin etmək olduğu bildirilib.
Dr. Selçuk Demir, Ziraat Bank Azərbaycanın, dünyanın 19 ölkəsində və 125 nöqtəsində geniş xidmət şəbəkəsinə malik olan Ziraat Maliyyə Qrupunun bir üzvü olduğunu xatırladıb. O, qeyd edib ki, bankın əsas səhmdarı olan T.C. Ziraat Bankasının 100-dən artıq müxbir şəbəkəsi və xidmət nöqtələrindən istifadə edərək, Azərbaycanın iş adamlarının dünya ilə ticarətində mühüm töhfələr verməkdədirlər. Bunun sübutu olaraq 2022 və 2023-cü illərdə ardıcıl olaraq iki dəfə bank, Azərbaycanın “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank” mükafatına layiq görüldüyünü qeyd edilib. Ziraat Bank Azərbaycan xarici ticarət sahəsində məhsul çeşidliliyini artıraraq, yüksək xidmət keyfiyyəti və sürətli əməliyyatları ilə bu sahədəki uğurunu daha da möhkəmləndirməyi hədəfləyib. Bankın stratejı prioritetlərindən birinin Azərbaycanın Türkiyə və digər ölkələrlə həyata keçirdiyi xarici ticarətdə iştirak payının artırılması və xidmət keyfiyyətini hərtərəfli inkişaf etdirilməsi olduğu Dr. Selçuk Demir tərəfindən vurğulanıb.
Ziraat Bank Azərbaycanın xidmət şəbəkəsi haqqında danışan Dr. Selçuk Demir, filial sayını 11-ə çatdırmağı planlaşdırdıqlarını qeyd edib. O bildirib ki, hazırda bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumilikdə 9 filialla xidmət göstərir. “Yaxın günlərdə Naxçıvan və Neftçilər filiallarımızı müştərilərimizin istifadəsinə təqdim edəcəyik və beləliklə, bu il ərzində filial sayımızı 11-ə çatdıracağıq. Bununla yanaşı, rəqəmsal xidmət nöqtələrini də yaradırıq. Onlardan birincisini Qubada açacağıq,” deyə bankın sədri məlumat verib.
Müsahibəsində insan resurslarının inkişafına toxunan Demir, Ziraat Bank Azərbaycan əməkdaşlarının T.C. Ziraat Bankasının Bankçılıq Məktəbində təhsil almalarını təmin etdiklərini vurğulayıb.
Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri açıqlamanın sonunda alavə edib: "Azərbaycan bankları arasında ilk 10-luqda daimi yer almaq istəyirik. Biz müştərilərimizin ehtiyaclarını qarşılamaqla yanaşı Azərbaycanın iqtisadi inkişafına dəstək göstərməyə davam edəcəyik, Türkiyə ilə Azərbaycan arasındakı ticarətdə iş adamlarının investisiya və kommersiya fəaliyyətlərinə vasitəçilik etmək üçün əlimizdən gələni edirik. Texnoloqiyasını inkişaf etdirən və infrastrukturunu gücləndirən bir bank olaraq, Ziraat Bank Azərbaycan yoluna davam edir"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 23 saat sonra
- 7 d. əvvəl
-
-
15 d. əvvəl
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- 31 d. əvvəl
-
43 d. əvvəl
Abu Dabidə hücumdan sonra qaz zavodunun fəaliyyəti dayandırılıb
-
59 d. əvvəl
"Agro Dairy" Azərbaycanda ilk dəfə SAP S/4HANA Private Cloud ERP sistemini uğurla tətbiq etdi
-
1 saat əvvəl
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abu Dabidə hücumdan sonra qaz zavodunun fəaliyyəti dayandırılıb
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı artıb
Ən çox oxunanlar
Aprelin 4-də gözlənilən hava şəraiti
Microsoft-dan Yaponiyaya 10 milyard dollarlıq investisiya
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
Azərbaycana gələn əcnəbilərin sayı azalıb
Bank sektorunda çalışanların sayı 1643 nəfər artıb
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı



















