Mercedes-Benz-in də satışları azalıb - GƏRGİNLƏŞƏN RƏQABƏT ŞİRKƏTƏ MƏNFİ TƏSİR EDİR
Mercedes-Benz-in avtomobil satışları 2024-cü ildə əvvəlki ilə nisbətən 3 faiz azalıb.
Çində zəif iqtisadi artım və gərginləşən rəqabət nəticəsində 2024-cü il avtomobil sənayesi üçün çətin keçib. Marja.az xəbər verir ki, Almaniya şirkəti Mercedes-Benz avtomobillərinin satışının azaldığını açıqalayıb.
Almaniyanın lüks avtomobil istehsalçısının açıqlamasına görə, keçən il 1 milyon 983 min 400 ədəd Mercedes-Benz avtomobili satılıb. Bu rəqəm 2023-cü ilə nisbətən 3% azdır. Şirkətin Mercedes-Benz satışları Çində 7%, Avropada isə 3 faiz azalıb. ABŞ-da satışlar 9 artaraq 324 min 500-ə çatıb.
Mercedes Benz elektrik avtomobillərinin illik satışı 23% azalaraq 185 min 100 ədədə geriləyib. Avropa İttifaqının CO2 emissiyalarının azaldılması ilə bağlı daha sərt tələbləri bu il qüvvəyə minib. Bu, avtomobil istehsalçısına əlavə təzyiq göstərir, əgər elektrikli avtomobillərinin satışları artmasa, Mercedes-Benz üçün vəziyyət daha da pisləşə, böyük cərimələr ilə qarşı - qarşıya qala bilər.
Avtomobil istehsalçısı 2024-cü ildə tam illik mənfəət marjası hədəfini iki dəfə azaldıb, mənfəətin və marjanın azalmasında Çin avtomobil bazarının zəifləməsini əsas göstərən rəqiblərə qoşularaq xərclərini daha çox azaldacağını bildirib.
Avtomobil istehsalçısının 2024-cü il üçün illik maliyyə nəticələrini fevralın 20-də açıqlayacağı gözlənilir.
"Mercedes-Benz Group"un cəmi avtomobil satışları isə (digər markalar ilə birlikdə) keçən il 2023-cü illə müqayisədə 4 faiz azalaraq 2 milyon 389 min ədədə düşüb. Şirkətin yüngül kommersiya avtomobilləri satışı (furqon) sözügedən dövrdə 9 faiz azalaraq 405 min 600-ə geriləyib. Alman istehsalçının akkumulyatorlu elektrikli vasitə satışları da keçən il 22% azalaraq 204 min 600-ə geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
4 d. əvvəl
Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq
- 11 d. əvvəl
- 46 d. əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
14 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq

Rəsmi məzənnələr açıqlandı

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub
Ən çox oxunanlar

Əliyevin Zelenski ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır
