Findoc portalının istifadəçilərinin sayı 100 min nəfəri ötüb!
Azərbaycan Kredit Bürosunun (AKB) biznesdən müştəriyə (B2C) formatında hazırlanmış rəqəmsal məhsulu olan “Findoc” portalının (Portal) istifadəçi sayı 100 minə çatıb.
Bu barədə Azərbaycan Kredit Bürosunun yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış Portal vətəndaşlara, eləcə də, hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə istənilən vaxt öz kredit tarixçələrinə və skor hesabatlarına çıxış əldə etmək imkanı yaradan innovativ platformadır.
Portaldan istifadə etməklə aşağıdakı xidmətlərdən yararlana bilərsiniz:
- kredit tarixçəsi;
- skor hesabatı;
- kredit tarixçəsinin mübahisələndirilməsi;
- gecikmə günləri ilə bağlı bildiriş;
- kredit hesabatının PDF formatında əldə edilməsi;
- kredit hesabatının Asan İmza ilə imzalanmış formada əldə edilməsi;
- kredit hesabatının AKB-nin rəsmi e-mail ünvanından digər e-mail ünvanına yönləndirilməsi.
https://findoc.az/ səhifəsinə daxil olmaqla qeydiyyatdan keçən şəxslər ildə iki dəfə ödənişsiz kredit və skor hesabatını əldə edə bilər.
Ödənişsiz sorğu limiti bitdikdən sonra göstərilən xidmətlərdən yararlanmaq üçün hər bir məhsul üzrə fərdi qaydada ödəniş və ya daha sərfəli olan abunəlik paketlərindən istifadə imkanı mövcuddur. Müvafiq ödənişlər Portal üzərindən və nağdsız qaydada həyata keçirilir.
Bununla yanaşı, qeydiyyatdan keçmiş istifadəçilərin kredit tarixçəsində gecikmə günlərinin yaranması ilə bağlı məlumatlandırma daim ödənişsiz olaraq həyata keçirilir.
Portal real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir.
Xatırladaq ki, Büro 15 yanvar 2018-ci il tarixində yaradılmışdır. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılmasını, saxlanılmasını, təhlilini, kredit hesabatlarının formalaşdırılmasını, borcalanlara fərdi reytinqlərin verilməsini və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.
Hazırda Büroya qoşulmuş təşkilatların sayı 260-dan artıqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
11 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur





















.jpg)
