Mərkəzi Bank “Azərpoçt”a icrası məcburi göstəriş verib
Mərkəzi Bank “Azərpoçt” MMC-yə icrası məcburi göstərişin verilməsi barədə məlumat yayıb.
Məlumata görə, “Azərpoçt” MMC tərəfindən 2024-cü ilin dekabr ayının sonuna prudensial hesabatlarının “Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudеnsiаl hеsаbаtların forması, məzmunu və dövriliyi haqqında Qaydalar”ın 2.8-ci bəndinin tələbləri pozularaq, gecikmə ilə təqdim edilməsinə görə “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 13-4.4.6-cı maddəsinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Azərpoçt” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir.
Həmçinin “Azər-Türk Bank” ASC-yə icrası məcburi sərəncamın verilib. Məlumata görə, “Azər-Türk Bank” ASC tərəfindən “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın (Qayda) 14.1-ci bəndinin tələbinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq, Mərkəzi Bank tərəfindən “Azər-Türk Bank” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilmişdir.
Bunlardan başqq, “Stimul” Kredit İttifaqı MMC tərəfindən 2024-cü ilin IV rübünə hesabatlar təqdim olunmadığından “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməmiş, bu səbəblə “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Stimul” Kredit İttifaqı MMC-yə bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir.
“Total Finans Kredit İttifaqı” MMC tərəfindən 2024-cü ilin IV rübünə hesabatlar təqdim olunmadığından “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməmiş, bu səbəblə “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Total Finans Kredit İttifaqı” MMC-yə bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir.
“Finans Kredit İttifaqı” MMC tərəfindən 2024-cü ilin IV rübünə hesabatlar təqdim olunmadığından “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməmiş, bu səbəblə “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Finans Kredit İttifaqı” MMC-yə bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
15 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
44 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
52 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir

















.jpg)









