Bu gün FED faiz qərarını açıqlayacaq
Qlobal bazarlarda bütün diqqətlər ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu axşam qəbul edəcəyi pul siyasəti qərarlarındadır. Qərar Bakı vaxtı ilə saat 23:00-da açıqlanacaq
Dünən beynəlxalq birjalarda dolların funt və avro qarşısında məzənnələrində üfüqi tendensiya hökm sürüb. Buna səbəb kimi bugün ABŞ-da Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsi ilə bağlı qərarını qeyd edə bilərik. Yaponiya Bankının (BoJ) pul-kredit toplantısının hesabatını dərc etməsi fonunda USD/JPY valyuta cütlüyündə qiymətin 155.790 səviyyəsindən 155.110 səviyyəsinə qədər gerilədiyinin şahidi oluruq.
Qızılın qiyməti bazar ertəsi günü 2730$ həddinə kimi ucuzlaşdıqdan sonra, bahalaşmağa başlayıb və hazırda 2761$-ın üzərində qərarlaşıb. Amerikanın Neft İnstitutunun ölkədə kommersiya məqsədli neft ehtiyatlarının 2.86 milyon barrel artması xəbəri fonunda neftin qiyməti eniş tendensiyasını davam etdirib. “Brent” markalı neftin bir barrel üçün qiyməti hazırda 77.70$ təşkil edir.
Avstraliyada inflyasiyaya dair göstəricilər açıqlanıb. Ölkədə İstehlak Qiymətləri İndeksi rüblük ifadədə 0.2%, illik ifadədə isə 2.4% təşkil edib. Göstəricilərin dərc olunması fonunda AUD/USD cütlüyü 0.6254 həddindən 0.6227 həddinə qədər ucuzlaşsa da, daha sonra bahalaşaraq 0.6244 həddinə qədər yüksəlib.
Ötən gün ABŞ-ın Ticarət Departamentinin açıqladığı hesabata əsasən, ölkədə Uzunmüddətli İstifadə Məhsulları üzrə Sifarişlərin Həcmi noyabr ayı ilə müqayisədə dekabr ayında 2.2% azalıb. Analitiklər göstəricinin 0.3% artacağını proqnozlaşdırmışdılar. Həmçinin, “Conference Board” analitik şirkəti tərəfindən dərc olunan ABŞ-da İstehlakçıların İnam İndeksi dekabr ayı üzrə yenilənmiş nəticəsi ilə müqayisədə yanvar ayında 109.5 bənd səviyyəsindən 104.1 bənd səviyyəsinədək zəifləyib.
İnvestorlar bugün Bakı vaxtı ilə saat 23:00-da ABŞ-da FED-in faiz dərəcəsi ilə bağlı qərarını maraqla gözləyirlər. Analitiklərin proqnozlarına əsasən, tənzimləyici qurum göstəricini 4.5% səviyyəsində saxlamaq niyyətindədir. Eləcə də, bugün Kanada Bankının (BoC) faiz dərəcəsi ilə bağlı qərarı açıqlanacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
-
3 saat əvvəl
Apple ABŞ-da iPhone Pro modellərinin qiymətini qaldırdı – 2017-dən bəri ilk dəfə
-
3 saat əvvəl
Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb
-
4 saat əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
9 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
9 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
9 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək
Ən çox oxunanlar

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır
